Ramiz Mehdiyevin istefasını qəbul etmədiyi institut rəhbərindən AÇIQLAMA
"AMEA prezidenti Ramiz Mehdiyevin 19 yanvar 2022-ci ildə Rəyasət Heyətinin iclasında Tarix İnstitutunun rəhbəri kimi mənim haqqımda, o cümlədən institut haqqında söylədiyi əsassız və qeyri-obyektiv fikirləri barədə açıqlamam geniş ictimai əks-səda yaratdı. Müzakirələr zamanı bu açıqlama ətrafında həm müsbət, həm də tənqidi qeydlərini bildirən hər kəsə təşəkkür edirəm".
Bu fikirləri Modern.az-a açıqlamasında AMEA-nın Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov bildirib.
K.Şükürov qeyd edib ki, 21 yanvarda bir tərəfdən Akademiya prezidentinin qeyri-adekvat fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən AMEA sistemindəki digər elmi fəaliyyətindən istefa haqqında ərizəsini şəxsən təqdim edib:
"Mediadan bildim ki, istefa ərizəm qəbul edilməyib. Bu çarəsiz qərar AMEA prezidentinin demokratik çağırışları qəbul etməyə qadir olmadığını göstərdi. Ona görə də Tarix İnstitutundakı vəzifəmi davam etdirəcək, AMEA-da köklü islahatlar aparılması və müasir intellektual dəyişikliklər dövrünün tələblərinə cavab verməsi naminə mübarizəmi bu sistemin öz daxilində aparacaq, Tarix İnstitutu qarşısında qoyulan hədəflərə nail olmağa çalışacağam".
Professor bildirib ki, yaranmış vəziyyət sadəcə AMEA-nın prezidenti ilə institut rəhbəri arasındakı münasibət kimi nəzərdən keçirilməməlidir:
"Burada Azərbaycan elminin bu günü və perspektivi də nəzərə alınmalıdır. Nəhayət, elə bir mühit yaradılmalıdır ki, Azərbaycan elmin təşkili, idarə olunması və uğurları ilə ölkənin qürur mənbələrindən birinə çevrilsin".
Qeyd edək ki, tarixçi alim yanvarın 21-də akademiyadakı vəzifələrindən istefa verəcəyini açıqlamışdı. Professor bu addımı akademiyanın prezidenti Ramiz Mehdiyevin onun və rəhbərlik etdiyi institut haqqında səsləndirdiyi qeyri-adekvat fikirlərə etiraz əlaməti olaraq atdığını bildirmişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı