"WhatsApp"dan istifadəçiləri sevindirəcək YENİ FUNSKİYA
"WhatsApp" istifadəçilərin təhlükəsizliyini daha da artırmaq üçün yeni funksiyanı işə salacaq. Söhbət proqramın destkop və veb versiyalarında işə salına bilən ikifaktorlu autentifikasiyadan gedir.
Sonxeber.az "oxu.az"a istinadən xəbər verir ki, bu mexanizmin əlavə edilməsi istifadəçilərin kibercinayətkarlığın qurbanı olması riskini azaldacaq.
Qeyd edək ki, yaxınlıqda smartfon olmasa belə, "WhatsApp"ın masaüstü kompüterlər və noutbuklarda işləməsi istifadəçilərdə narazılıq yaratmışdı. Onlar bu təşəbbüsün hakerlərin işini asanlaşdıra biləcəyi ilə bağlı narahatlıqlarını dilə gətirmişdi.
Bildirilir ki, "WhatsApp" hesabını masaüstü və ya veb versiyada qeydiyyatdan keçirərkən, altı rəqəmli kodu daxil etdikdən sonra, həmçinin şəxsi PİN kodu da tələb olunacaq. "WhatsApp" iki faktorlu autentifikasiyanı sadələşdirmək istəyir, ona görə də messencerin yaradıcıları bu funksiyanı həm veb-müştəridə, həm də masaüstü versiyada tətbiq etmək üzərində işləyir.
Eyni zamanda, istifadəçilər parametrlərdə bu funksiyanı söndürməklə və ya aktivləşdirməklə iki addımlı giriş prosedurunu müstəqil idarə edə biləcəklər.
Bu yeniləmənin həyata keçirilməsinin konkret vaxtı deyilmir, lakin onun hazırlığının ilkin mərhələdə olduğu vurğulanıb.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı