Avropada avtomobil satışları çökdü
2021-ci ildə Avropada 9.7 milyon ədəd yeni avtomobil satılıb. Bu, 1990-cı ildən sonra ən ciddi geriləmədir.
Sonxeber.az-ın lent.az-a istinadən xəbərinə görə, bu məlumat Avropa Avtomobil Federasiyaları Assosiasiyasının ötən ilə dair hesabatında yer alır. Sənəddə göstərilir ki, avtomobil sənayesinin böhran keçirdiyi 1993 və 2013-cü illərdə belə satış daha çox olub.
Qitədə satışlar 6 aydır ardıcıl olaraq geriləyir. Satışların azalması özünü Avropa avtomobil sənayesinin özəyi olan Almaniyada daha ciddi göstərib. İl ərzində 2.6 milyon ədəd təzə avtomobil satılıb ki, bu da illik əsasda 10% geriləmə deməkdir.
Benelüks ölkələrində də azalma böyük rəqəmlərlə ifadə olunur. Bəzi ölkələrdə isə 2020-ci illə müqayisədə nisbi canlanma müşahidə olunur: Satışlar Fransada 0,5, İspaniyada 1, İtaliyada 5% artıb.
Şirkətlər üzrə satışlar da ciddi geriləyib. Qitənin ən böyük istehsalçısı olan "Volkswagen" qrupun satışlarında 4,8% kiçilmə qeydə alınıb. Bundan başqa, "Renault" qrupunun satışları 10,8, "Stelantis" qrupunun isə 2,1% geriləyib.
Maraqlıdır ki, asiyalı istehsalçıların köhnə qitədə satışları davamlı şəkildə artır. İl ərzində "Toyota"nın satışları 9, Hunday-Kia qrupunun isə 18% artıb.
Satışlarının geriləməsi həm də istehsalın azalması ilə izah olunur. Sonuncunun səbəbi təchizat zəncirinin pozulması nəticəsində yaranan detal qıtlığıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı