Yaşar Nurinin həyat yoldaşı: "İşdən gələndə zarafata deyirdi ki, səndən yaxşısını tapmadım" - VİDEO
ARB TV-nin "O Üz" verilişinin növbəti buraxılışı aktyor Yaşar Nuriyə həsr edilib.
Ailə üzvləri, tələbələri və tərəf müqabilləri mərhum aktyor Yaşar Nuridən danışdı:
Qızı Ülkər Yaşarqızı qeyd edib ki, atasının nəsə sözü olanda belə onlara demirdi:
"Hər zaman anama deyərdi ki, bizə desin. 11-ci sinfi yeni bitirmişdim. Bir az dodaq boyası çəkmişdim. Qonaqlığa getmişdik. Atam elə orda mənə acıqlı baxdı. Üzünü çevirib anamın qulağına pıçıldadı. Anam gəldi mənə dedi ki, atan dünyanı dağıdır, get dodaq boyasını sil".
Tələbəsi olan aparıcı Zaur Kamal isə aktyorun çox ciddi və tələbkar olduğunu deyib:
"2 il imtahan verdim. 3-cü, 4-cü il məndən soruşmadan "5" yazdı. Soruşdum niyə "5" yazmısınız, layiqəm ki? Dedi, bilirəm ki, sən aktyor olmayacaqsan".
Yaşar Nurinin tələbəsi Xalq artisti Faiq Ağayev isə onu həmişə soyadı ilə çağırdığını bildirib: "Bəzi xasiyyətlərinə görə mənə atamı xatırladardı. Xəstəliyə təslim olmurdu, döyüşürdü. Təbii ki, pis olurdum, elə bil, atamın pis olmasını görürdüm. Amma özü nikbin idi deyə, gülümsəyirdi deyə, mən də gülümsəyirdim. Bax o zaman Yaşar müəllimin öyrətdikləri köməyimə gəldi. İçim ağlaya-ağlaya üzüm gülürdü. Aktyor sənətində mənim üçün günəş idi. Böyük şəxsiyyəti itirdim".
Tərəf-müqabili olan Firəngiz Mütəllimova isə tamaşaçıların onları onlardan xəbərsiz evləndirdiyini vurğulayıb:
"Artıq alışmışdıq bizə olan bu münasibətə. Sonuncu dəfə xəstə olanda Türkiyəyə onun yanına getdim. Gördüm hamı gəlib qapıdan mənə baxıb, gedir. Mən də soruşdum ki, niyə baxırlar. Dedi ki, Rəhimə sənin şəklini onlara göstərib ki, bu qadını mənim ərim çox sevib".
Həyat yoldaşı Rəhimə Nuriyeva Yaşar Nuri haqqında xatirələrini bölüşüb:
"Onun həyatını dəyişdiyi an mən yanında olmadım. 6 il ərzində xasiyyəti tamam dəyişmişdi. Mən o zaman başa düşdüm ki, sevgi nədir. Xasiyyəti çox ağır idi. Nadir hallarda bizimlə zarafat edərdi. Qışqırmağı, kobud rəftarı da olub. İçəri girən kimi bütün işıqları söndürüb, telefonu çıxardırdı. Kaş ki, arabada olardı amma sağ olardı, yanımda olardı. İşdən gəlirdi, zarafata deyirdi ki, səndən yaxşısını tapmadım. Onun bir sözü var idi, həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir. Mən də həyatımın ən maraqlı yerində Yaşarı itirdim"./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı