Karantin müddəti azaldılandan sonra sağalanların sayı artıb – RƏSMİ
Məlum olduğu kimi, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş şəxslərin və onların müəyyən olunmuş "sıx təmaslı"larının təcrid (karantin) müddəti 14 gündən 7 günədək azaldılıb. Karantin müddətinə edilmiş dəyişiklikdən irəli gələrək sağalanların sayı bugünki tarixə 5197 nəfərə çatıb.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.
25 yanvar 2022-ci il tarixinə olan məlumata əsasən yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar gün ərzində 11525 test icra olunub. Nəticədə koronavirusa yeni 2468 yoluxma faktı qeydə alınıb. Bugünə olan ölüm sayı 13 nəfərdir. Müşahidələr göstərir ki, koronavirusun yeni ştamına yoluxanların sayında artım davam edir.
Yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir. Belə ki, gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər.
Vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə qaldırmaq üçün gücləndirici ("buster") doza ilə peyvəndləməyə çağırırıq.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalara riayət, virusun variantından asılı olmayaraq xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Bakıda maraqlı toy karvanı - Video
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi
Bakıda ətin qiyməti 19 manat oldu
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı