İmamoğlunun restorandakı fotosu narazılıq doğurdu
Bir neçə gündür Türkiyənin İstanbul şəhərinə yağan güclü qar bir sıra fəsadlara səbəb olub. Qar səbəbindən yollarda hərəkət etmək çətinləşdiyindən bəzi sürücülər maşınlarını yolun kənarında saxlayaraq piyada davam ediblər. Bəziləri isə gecəni avtomobillərində keçirməyə qərar veriblər.
İstanbul Böyükşəhər Bələdiyyəsinin qarla mübarizə üçün gördüyü tədbirləri qeyri-kafi qiymətləndirən şəhər sakinləri bələdiyyə rəhbəri Əkrəm İmamoğlunu tənqid atəşinə tutublar.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu hadisələr fonunda İmamoğlunun bir balıq restoranında çəkilən fotosu həmin etirazları daha da alovlandırıb. Çox sayda sosial şəbəkə istifadəçisi bələdiyyə sədrinin bu addımını kəskin tənqid ediblər.
Ə. İmamoğlu öz növbəsində sosial şəbəkə hesabında paylaşım edərək bu tənqidlərə münasibət bildirib:
"Qar təkcə İstanbula deyil, bütün ölkəyə mənfi təsir edib. Ankara-İstanbul avtomobil yolu bağlanıb. Yeni hava limanında və birləşdirici yollarda problemlər hələ də var. Mediada yalnız İstanbul Böyükşəhər Bələdiyyəsi tənqid olunur. Üç ildir İstanbulu itirmək həzmsizliyi artıq elə bir nöqtəyə gəlib çatıb ki, 19 saat boyunca sahədən və AKOM-dan (Fövqəladə Halların Koordinasiyası Müdirliyi) qarla mübarizəni davam etdirərkən 1 saatlıq nahar fasiləm müzakirə mövzusuna çevrilib".
Onun sözlərinə görə, bu günə qədər bələdiyyə digər qurumlarla əlaqəli çalışıb, bundan sonra da bu cür işləməyə davam edəcək.
"Minlərlə işçimizin əməyi göz önündəykən, 19 saatlıq iş saatında 1 saatlıq nahar fasiləmin niyə gündəmə gətirilməsinə çalışılması məlumdur. Millətimiz bu həzmsizliyi yaxşı bilir", - deyə İmamoğlu əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı