Avrora Qrup ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açılışını edib - FOTOLAR
Avrora Qrup "Davamlı inkişaf və mükəmməllik" dəyərinə sadiq qalaraq daha bir yeniliyə imza atıb. Şirkət AZS ISO/IEC 17025:2020 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun akkreditasiyadan keçmiş laboratoriyasının açılışını edib.
Laboratoriya fiziki-kimyəvi və mikrobioloji sınaqları həyata keçirilən 2 bölmədən ibarətdir. Fiziki-kimyəvi sınaqlar laboratoriyasında şirkətin istehsalı olan un, unlu qənnadı məmulatları, makaron məmulatları, az alkoqollu və alkoqolsuz qazlı içkilər, qablaşdırılmış içməli su, həmçinin taxıl, istehsal olunan məhsulların xammalları və yarımfabrikatlarının sınaqları aparılacaq. Mikrobioloji sınaqlar laboratoriyası adı çəkilən məhsullarda mikroorqanizmlərin təyini üçün tələb olunan ən müasir avadanlıqlarla təchiz edilmişdir.
"Avrora" MMC yeni laboratoriyasında İsveçin "Perten", Almaniyanın "Brabender və Gerhardt", Türkiyənin "Nüve" şirkətlərinə məxsus avadanlıqları quraşdırmışdır. Qeyd edək ki, laboratoriya kənar şirkətlərə də xidmət göstərəcək. Fiziki-kimyəvi və mikrobioloji analiz aparmaq istəyən şirkətlər *0100 qaynar xəttinə zəng edərək ətraflı məlumat əldə edə bilərlər.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 824 Tarix: 26 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrSabiq vəzifəli şəxs vəfat etdi
Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb
9 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr