Bakıya niyə qar yağmır? - Ekoloqdan CAVAB

Bakıya niyə qar yağmır? - Ekoloqdan CAVABBu il qış olduqca sərt keçsə də, hamının dörd gözlə gözlədiyi qar yağmaq bilmir. Axırıncı dəfə 2016-ci ildə, daha sonra nəhayət ötən il Bakı camaatı bir gün də olsa, sevindi. Hazırda isə rayonlarda, qonşu ölkələrdə hətta Saxara səhrasında qar olduqca güclü yağsa da, Bakıda hava şəraiti qeyri-sabit olaraq qalır. Gah güclü külək, gah sulu qar, yağış, bəzən yerdə belə qalmayan aldadıcı qar və yaz havasına bənzər günəşli hava paytaxtda hökm sürür. Bəs Bakıdakı qeyri-sabit hava şəraitinin səbəbi nədir?

Mövzuyla bağlı Sonxeber.az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Biologiya Elmler Doktoru, ekoloq Rauf Soltanov açıqlama verib.

O bildirib ki, Azərbaycanda olan təbii iqlim prosesi ölkəmizin özündə formalaşmır:

"Hər il olduğu kimi, Azərbaycan Respublikasında təbii iqlim şəraitində müəyyən dəyişkənliklər olur. Ümumiyyətlə, Azərbaycanda yanvar ayı bir qədər soyuq, fevral ayı isə nisbətən mülayim keçir və nəhayət, "boz ay" adlanan mart ayında hava şəraiti yenidən sərtləşir. Bu, təbii bir prosesdir.

Bakının iqlimi elədir ki, şimaldan gələn hava axınları bura sərbəst daxil olur. Mən özüm Şimal zonasındanam. Qubada əvvəllər 6 ay qış olurdu. Biz məktəbə gedəndə qalın palto geyinərdik, xizəklərimiz olardı. Amma indi Qubaya cəmi 3-4 dəfə qar yağır. İqlim şəraiti dəyişib. Digər bölgələrlə müqayisədə, Bakının temperaturu bir qədər yüksək, havası mülayim olur.

Ümumiyyətlə, fikir vermisinizsə, dağ günəşə yaxındır, amma ora soyuqdur, yağan qar da ərimir. Bakı və digər aran bölgələr günəşə daha uzaqdır, amma bu yerlərdə qar əriyir, qalmır. Məsələ bundadır ki, yerin tempuraturu, onun bünövrəsində gedən müəyyən proseslər torpağı isidir. Lakin yerdən dağ zirvəsinə qalxdıqca hər kilometrdən bir tempuratur aşağı enir.

Azərbaycanda hazırda olan təbii iqlim şəraiti bu gün ölkəmizin coğrafi mövqeyinə uyğundur. Yəni burada narahatlığa səbəb yoxdur. Amma təbii ki, havanın qarlı, yağışlı olması daha yaxşıdır, çünki bu, həmin ilin daha məhsuldar olacağını göstərir".

Aysel SƏFƏRZADƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4148   Tarix: 26 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr
.

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -ın məlumatına görə, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildən 2014-cü ilə qədər həmin vəzifədə çalışıb

9 noyabr
.

Zəfər Günü Azərbaycanın gücünün, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təntənəsidir

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və şanlı səhifələrindən biridir. Bu tarix yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi Qələbənin ildönümü deyil, həm də Azərbaycan xalqının uzun illər ərzində qoruyub saxladığı milli iradənin, ərazi bütövlüyü uğrunda mübarizəsinin və müstəqi

9 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr