Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır

Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılırAzərbaycanın 2023-cü il dövlət büdcəsi layihəsi, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və ortamüddətli proqnoz göstəriciləri hazırlanacaq.

"Report"un əldə etdiyi məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Maliyyə Nazirliyi növbəti il üçün dövlət büdcəsinin ilkin layihəsini, həmçinin növbəti il və sonrakı üç il üçün icmal büdcənin proqnozunu və 2023-cü il və sonrakı üç il üçün Ortamüddətli xərclər çərçivəsi (OMXÇ) sənədinin ilkin layihəsini, İqtisadiyyat Nazirliyi isə dövlət investisiya proqramının istiqamətlər üzrə ilkin layihəsini 2022-ci il aprelin 5-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına və aprel ayının 15-dək Nazirlər Kabinetinə təqdim etməlidirlər.

"Büdcə sistemi haqqında" qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq Maliyyə Nazirliyi 2023-cü ilin və 2026-cı ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi və 2026-cı ilin sonuna hədəflənən dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddi barədə təkliflərini, 2023-cü il və sonrakı üç il üçün büdcə xərclərinin funksional təsnifatının pilot bölmələri ("təhsil", "kənd təsərrüfatı" və "ətraf mühitin mühafizəsi") üzrə OMXÇ sənədinin layihəsini, habelə növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il üçün icmal büdcənin göstəricilərini, İqtisadiyyat Nazirliyi isə Azərbaycanın növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz göstəricilərini 2022-ci il sentyabrın 1-dək Azərbaycan Respublikasının İqtisadi Şurasına, sentyabrın 15-dək Azərbaycan Prezidentinə təqdim edilməsi üçün Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Dövlət Statistika Komitəsi:

- cari il üçün ölkənin ortamüddətli iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək məqsədilə 2021-ci ilin ilkin statistik məlumatlarını 2022-ci il fevralın 5-dək İqtisadiyyat Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim etməlidir,

- növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi layihəsinin hazırlanması üçün zəruri statistik məlumatların mütəmadi olaraq İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə və digər əlaqədar təşkilatlara təqdim edilməsini təmin etməlidir.

Maliyyə Nazirliyi:

- 2023-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin proqnozunun (gəlir, xərc, o cümlədən investisiya xərclərinin məbləği və kəsir) ilkin ortamüddətli göstəricilərini 2022-ci il fevralın 5-dək və aprelin 1-dək, dəqiqləşdirilmiş variantını 2022-ci il avqustun 25-dək, dövlət büdcəsində dövlət investisiya xərclərinin dəqiqləşdirilmiş məbləğini 2022-ci il iyulun 20-dək İqtisadiyyat Nazirliyinə təqdim etməli;

- büdcə xərclərinin funksional təsnifatının pilot bölmələrinin proqramları (tədbirləri) üzrə fəaliyyət planlarının, habelə baza proqnozlarının və yeni siyasət təşəbbüslərinin hazırlanmasına dair təlimat məktubunu 2022-ci il fevralın 15-dək aidiyyəti təşkilatlara göndərilməsini təmin etməli;

- bu sərəncamın 6.9-cu və 7-ci bəndlərinə uyğun olaraq, 2023-cü il və sonrakı üç il üçün vergilər, rüsumlar, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və digər gəlirlər üzrə proqnoz göstəricilərinin İqtisadiyyat Nazirliyi ilə, gömrük rüsumları, Azərbaycan ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə proqnoz göstəricilərinin Dövlət Gömrük Komitəsi ilə, sosial sığorta ödənişləri üzrə proqnoz göstəricilərinin isə İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə 2022-ci il avqustun 15-dək müzakirəsini təmin etməlidir.

- "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsinə uyğun olaraq, dövlət büdcəsinin layihəsi ilə birlikdə aidiyyəti dövlət orqanları tərəfindən hazırlanan sənədlərin qanunvericiliklə müəyyən olunmuş müddətlərdə Azərbaycan Prezidentinə və Milli Məclisə təqdim edilməsi üçün həmin sənədlərin icmallaşdırılması işləri Maliyyə Nazirliyinə həvalə edilməlidir.

İqtisadiyyat Nazirliyi:

- Maliyyə Nazirliyi tərəfindən 2022-ci il aprelin1-dək İqtisadiyyat Nazirliyinə təqdim edilən dövlət büdcəsi və icmal büdcə ilə əlaqədar məlumatlar əsasında sosial-iqtisadi proqnoz göstəricilərini dürüstləşdirərək, 2022-ci il aprelin 8-dək Mərkəzi Bankına təqdim etməlidir;

- 2022-ci il üçün dəqiqləşdirilmiş, 2023-cü il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2023-cü il üçün ilkin proqnozlarını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədilə dövlət investisiya proqramının istiqamətlər üzrə layihəsini 2022-ci il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir;

- 2023-cü il və sonrakı üç il üçün ümumi daxili məhsulun həcminin, istehlak qiymətlərinin ortaillik indeksinin, ortaaylıq əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və demoqrafik göstəricilərinin ilkin variantını 2022-ci il martın 1-dək, dəqiqləşdirilmiş variantını isə 2022-ci il avqustun 1-dək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim etməlidir;

- Maliyyə Nazirliyi ilə birlikdə neft-qaz sahəsi üzrə dövlət və hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçı tərəflərin investisiya planları ilə bağlı məlumatların təqdim edilməsinə dair təkliflərini 2022-ci il avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir;

- 2023-cü ildə özəlləşməyə çıxarılacaq obyektlərin siyahısını, özəlləşmədən daxilolmaların proqnoz göstəricilərini 2022-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir;

- sosial-iqtisadi proqnoz göstəricilərini və dövlət investisiya proqramının istiqamətlərinin ilkin layihəsini hazırlayıb 2022-ci il mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir;

- 2022-ci il iyulun 1-dək ölkənin şəhər və rayonları üzrə vergi uçotuna alınmış, habelə neft-qaz sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri (podratçılar), "Avtomobil Yolları" Məqsədli Büdcə Fondu, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər (vergi ödəyiciləri), mərkəzləşdirilmiş qaydada uçota alınan digər vergi ödəyiciləri ilə bağlı 2021-ci il və cari ilin ötən dövrü üçün hesablanmış, azaldılmış, ödənilmiş və artıq ödənilmiş daxilolmalara dair məlumatları Maliyyə Nazirliyinə təqdim etməlidir;

- "Büdcə sistemi haqqında" qanunun 11.8-ci maddəsinə müvafiq olaraq 2023-cü il və sonrakı üç il üçün neft və qeyri-neft sektorü üzrə vergi növlərinin və dövlət rüsumunun əsaslandırılmış proqnoz göstəricilərini 2022-ci il iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

- 2023-cü il və sonrakı üç il üçün vergilər, rüsumlar, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və digər gəlirlər üzrə proqnoz göstəricilərinin Maliyyə Nazirliyi ilə müzakirəsinin 2022-ci il avqustun 15-dək başa çatdırılmasını təmin etməlidir.

Müzakirə zamanı proqnoz göstəricilərinə dair razılaşma olmadığı təqdirdə 5 gün müddətində əsaslandırılmış arayışı Maliyyə Nazirliyinə təqdim etməlidir.

Dövlət Gömrük Komitəsi 2023-cü il və sonrakı üç il üçün gömrük rüsumları, Azərbaycan ərazisinə malların idxalına görə vergi və digər gəlirlər üzrə proqnoz göstəricilərinin Maliyyə Nazirliyi ilə müzakirəsinin 2022-ci il avqustun 15-dək başa çatdırılmasını təmin etməlidir.

Müzakirə zamanı proqnoz göstəricilərinə dair razılaşma olmadığı təqdirdə 5 gün müddətində əsaslandırılmış arayışı Maliyyə Nazirliyinə təqdim etməlidir.

Nazirlər Kabinetinin "İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında" 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiya siyahısı həmin qərarla təsdiq edilmiş iri dövlət şirkətlərinin, İnvestisiya Holdinqi isə onun idarəetməsinə verilmiş dövlət şirkətləri, müəssisələr və dövlətin payı olan təsərrüfat cəmiyyətlərinin 2023-cü il və sonrakı üç il üçün gəlir və xərcləri, eləcə də dövlət büdcəsinə ödəniləcək dividendlər üzrə proqnoz məlumatlarını 2022-ci il avqustun 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1444   Tarix: 29 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Azərbaycanda 200 tələbə vəfat edib" məsələsinə RƏSMİ REAKSİYA

Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində yer almış 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik məlumatları manipulyasiy

20 iyun
.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunu

20 iyun
.

Füzuli Rayon İcra Hakimiyyəti Horadiz şəhərinin 17 Oktyabr küçəsində abadllq işlərinin həyata keçirilməsini planlaşdırır. Qaynarinfo xəbər verir ki, q

Füzuli Rayon İcra Hakimiyyəti Horadiz şəhərinin 17 Oktyabr küçəsində abadllq işlərinin həyata keçirilməsini planlaşdırır. Qaynarinfo xəbər verir ki, qurum artıq bu məqsədlə elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi "VNM İnşaat" MMC seçilib. Abadlıq işlərinə görə, şirkətə 242 831,08 mana

20 iyun
.

Zabrat sakinləri təngə gəliblər: "Artıq beş gündür ki, su yoxdur"

Bakının Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Nəriman Nərimanov küçəsi 23 ünvanında yaşayan sakinlər bir neçə gündür ki, içməli su problemi ilə üzləşdiklərini bildirirlər. -a daxil olan məlumata görə, ərazidə yerləşən doqquzmərtəbəli binalara artıq beş gündür su verilmir. Sakinlərin sözlərinə görə, su təchizatını

20 iyun
.

KİV: ABŞ-nin dövlət katibi Yaxın Şərqə səfər edəcək

ABŞ-nin dövlət katibi Marko Rubio gələn həftə Yaxın Şərqin bir neçə ölkəsinə işgüzar səfər etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid şəxsi mənbələrinə əsaslanaraq məlumat yayıb. Jurnalist özünün "X" sosial şəbəkə hesabında qeyd edib:. "Mark

20 iyun
.

Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?

Bakıda iş vaxtlarının fərqli saatlarda başlaması üçün konkret addımlar atılacaq. Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur. mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:. Paytaxtda iş qrafiklərinin mərhələli şəkild

20 iyun
.

Türkiyə - Paraqvay matçında qalmaqal: Yeni qayda ilk dəfə tətbiq olundu - VİDEO

Paraqvay millisinin futbolçusu Migel Almiron mübahisə zamanı ağzını əli ilə örtdüyünə görə meydandan qovulan ilk oyunçu kimi futbol tarixinə düşüb. TASS-a istinadən xəbər verir ki, DÇ-2026-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə yığmasına qarşı keçirilən görüşün birinci hissəsinin sonlarınd

20 iyun
.

Culfada hərbçi dəm qazından öldü

Naxçıvanda hərbçi bədbəxt hadisə nəticəsində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Culfa rayonunda baş verib. Rayon sakini 37 yaşlı Səməndər Tağıyev yaşadığı evdə dəm qazından boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb

20 iyun
.

Yumurta bu səbəbdən kəskin ucuzlaşıb - AÇIQLAMA

"Ölkədə yumurta bolluğu var. Bolluq olduğuna görə tələbi təklif üstələyir. Bütün fabriklər öz istehsal etdiyi yumurtanı satmaq istəyir. Buna görə də qiymət aşağı düşüb". Bunu Ölkə.az-a açqılamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctima

20 iyun