Fərid Qayıbov Qafqazın ən böyük kiber arenası "Bizon E-Sport Arena" ilə tanış olub - VİDEO
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Kiberidman Federasiyasının fəaliyyəti eləcə də Qafqazın ən böyük kiber arenası "Bizon E-Sport Arena" ilə tanış olub.
Federasiyanın prezidenti Ramil Əliyev qurumun kiber idmanın inkişafıistiqamətindəapardığı işlər barədə danışıb. "Gaming League Azerbaijan"ın rəhbəri Adil Mahmudov isə əsas mərkəz olan Nizami kinoteatrında yaradılan "Bizon E-Sport Arena"da şərait barədə məlumat verib.
"Gaming League Azerbaijan"ın rəhbəri Adil Mahmudov son illər ölkədə kiber idmana olan marağın artdığını bildirib, reallaşdırılan yerli və beynəlxalq layihələrin daim geniş kütlənin diqqətində olduğunu söyləyib.
2011-ci ildən fəaliyyət göstərən və həmin ildən də beynəlxalq təşkilatın üzvü olan federasiya hər il kiberatletlərin iştirakı ilə kompüter oyunları üzrə milli çempionat keçirir.
Federasiya rəhbərliyi ilə görüş zamanı qarşıdakı planları barədə müzakirələr aparılıb. Fəaliyyətin daha da genişləndirilməsinə dair fikir mübadiləsi olub. İnformasiya Texnologiyaları sahəsində birgə ideya və layihələrin reallaşdırılması tövsiyə edilib və bildirilib ki, xüsusən də regionlarda buna böyük ehtiyac var.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.
Qeyd edək ki, Arenanın yenidən qurulmasında əsas dəstəyi Avrora Qrupa məxsus Bizon brendi verib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1027 Tarix: 03 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr