Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldü

Özünü həbsxanada asan Hacı Məmmədovun cinayət ortağı həbsxanada öldüBakıda daha bir məhkum ölüb. Hadisə Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindən birində qeydə alınıb. Orada saxlanılan Hüseyn Abdulvahabov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Lent.az-ın əldə etdiyi məlumata görə, dünyasını dəyişən H.Abdulvahabov bir neçə il əvvəl ağır cinayətlərdə ittiham olunaraq həbs edilən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsinin üzvü olub. Milliyyətçə çeçen olan H.Abdulvahabov qardaşı Sidek H.Məmmədovun "sağ əli" imiş. Adıçəkilən çeçen qardaşlar H.Məmmədovun sifarişi ilə ən ağır cinayətlərə imza atıblar.

Onların törətdiyi cinayətlər arasında "Azərmebelsənaye" İstehsalat Birliyinin sədri Nazim Paşayevin oğurlanması da var. Belə ki, Hüseyn və qardaşı Sidek H.Məmmədovun təhriki ilə Nazim Paşayevi oğurlayaraq istədikləri pulu ala bilmədikləri üçün onu və sürücüsünü qətlə yetiriblər.

Bundan başqa, onlar 1996-cı ilin avqustunda İlham Qədimzadəni oğurlayaraq valideynlərindən 200 min dollar tələb ediblər. Pulu ala bilmədiyini gördükdə isə onun qulağını kəsərək ailəsinə göndəriblər. Sonradan 180 min dollar pul alaraq İ.Qədimzadəni sərbəst buraxıblar.

Hüseyn və Sidek qardaşlarının bu kimi cinayətlərinin sayı çoxdur.

Məhkəmənin hökmü ilə H.Məmmədovla birgə Hüseyn və Sedik qardaşları da ömürlük azadlıqdan məhrum ediliblər. H.Məmmədov 2017-ci ildə saxlanıldığı həbsxanada özünü asaraq intihar edib. H.Abdulvahabovun qardaşı Sidek isə hazırda Bakıda cəza çəkir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1822   Tarix: 03 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr