Həbsdə olan Eldəniz Səlimovun mandatı niyə alınmır? - AÇIQLAMA

Həbsdə olan Eldəniz Səlimovun mandatı niyə alınmır? - AÇIQLAMA"Eldəniz Səlimovla bağlı məhkəmə qərarı qüvvəyə mindiyi anda deputat statusundan məhrum edilmiş sayılacaq".

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı deyib.

O xatırladıb ki, Eldəniz Səlimovun toxunulmazlığı ləğv edilsə də, deputat səlahiyyətlərini özündə saxlayır:

"Azərbaycan qanunvericiliyinə görə, məhkəmələrin ilkin mərhələsində qərardan narazı olan vətəndaşlar apellyasiya şikayəti verirlər. Bununla da qane olmadıqda Ali Məhkəməyə müraciət olunur. Sonda proses Konstitusiya Məhkəməsinə qədər uzana bilir. Bu, hər bir vətəndaş üçün nəzərdə tutulan qanunvericilik yanaşmasıdır.

Bildiyim qədərilə Eldəniz Səlimov da bu hüququndan istifadə edərək, Apellyasiya Məhkəməsinə şikayət edib. Apellyasiya Məhkəməsinin də qərarından narazı olarsa, yuxarı instansiya məhkəmələrinə müraciət edə bilər. Sonda bütün mərhələlərdən keçib, məhkəmənin ilk mərhələsində qeyd edilmiş qərar təsdiqini taparsa, Eldəniz Səlimov deputatlıq səlahiyyətlərindən tamamilə məhrum ediləcək. Bunun üçün məhkəmənin qərarının qüvvəyə minməsi kifayətdir. Buna görə Milli Məclisin və ya İntizam komissiyasının toplanmasına ehtiyac yoxdur".

Fəzail Ağamalı onu da qeyd edib ki, hazırda həbsdə olan Eldəniz Səlimov deputat kimi Milli Məclisin iclaslarında iştirak edə bilməz:

"Lakin deputat kimi əməkhaqqını alıb-almadığını deyə bilmərəm. Hər bir halda Eldəniz Səlimov hələ də deputat səlahiyyətlərini daşıyır.

İstənilən halda ortada faktiki olaraq cinayət işi var. Güman etmirəm ki, Eldəniz Səlimovun yuxarı məhkəmələrə davamlı şikayətlər verməsi məhkumluğuna tamamilə son qoyacaq. Ola bilər, həbs müddəti nisbətən azaldılsın, daha az cəza çəksin. Lakin subyektiv fikrimə əsaslanaraq bildirirəm ki, tamamilə bəraət alacağını hesab etmirəm".

Qeyd edək ki, 2021-ci il iyulun 29-da Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E.Səlimov apellyasiya şikayəti verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1452   Tarix: 03 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

ADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy

8 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr