Azərbaycanda yenidən sərt karantin rejimi tətbiq ediləcək? - AÇIQLAMA
Son günlər ölkə üzrə COVID-19-a yoluxanların sayında artım müşahidə olunur. Paralel olaraq yenidən sərt karantin rejiminə keçid məsələsi müzakirə olunmağa başlayıb.
Sonxeber.az xəbər verir ki, sərt karantin rejiminə keçid ilkin olaraq biznes subyektlərinə təsir göstərdiyindən bu, ümumi ölkə iqtisadiyyatında da geriləmələrə səbəb olur.
Necə ki, 2020-ci ildə uzun müddət tətbiq edilən sərt karantin rejimi yekunda neqativ iqtisadi göstəricilərlə nəticələnmişdi. İndiki halda isə Operativ Qərargahın karantin rejimi ilə bağlı hansı qərarı verəcəyi və bundan ilk növbədə hansı sektorların təsirlənə biləcəyi sual altındadır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov Oxu.Az-a bildirib ki, ümumilikdə regionda yoluxma sayının artdığı müşahidə olunur, lakin buna baxmayaraq sərt karantin tədbirləri iqtisadi baxımdan arzuolunan deyil.
Millət vəkili əlavə edib ki, bu, real sektorun yenidən qapanmasına və iqtisadi baxımdan xüsusilə də sahibkarlıq subyektlərinin fəaliyyətlərinin məhdudlaşmasına gətirib çıxarır:
"Biz yenidən sərt karantin tədbirlərinin tətbiq olunmasının tərəfdarı deyilik. Sözsüz ki, Operativ Qərargah epidemioloji vəziyyətə uyğun olaraq qərar qəbul edəcək. Ümumi yoluxma, o cümlədən xəstəxanalardakı aktiv COVID-19 xəstələrinin sayı qərar verilən zaman əsas göstəricilər hesab olunacaq. Daha məqsədəuyğun olardı ki, sərt karantin tədbirləri tətbiq olunmadan indiki halda COVID-19 və onun yeni ştamlarına qarşı mübarizə davam etdirilsin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1579 Tarix: 03 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrADY-nin kollektivi Zəfər abidəsini ziyarət edib
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət edib. "Report" xəbər verir ki, Vətən müharibəsində qazanılan tarixi qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliy
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr