Anası tərəfindən evdə tək buraxılan uşaqla bağlı RƏSMİ AÇIQLAMA
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi anası tərəfindən evdə tək buraxılan azyaşlı uşaqla bağlı məlumat yayıb.
Komitədən Oxu.Az-a verilən xəbərdə bildirilib ki, fevralın 3-də kütləvi informasiya vasitələrində evdə tək qalan azyaşlı uşağın Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən binanın mənzillərinin birində eyvana çıxaraq təhlükəli vəziyyətdə olması ilə bağlı videogörüntü yayılıb.
Qeyd olunub ki, məsələnin araşdırılması ilə əlaqədar dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Yasamal Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi və Daxili İşlər Nazirliyinin Yasamal rayonu üzrə Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru yuxarıda qeyd edilən ünvanda yerləşən ailəyə səfər həyata keçiriblər:
"6 yaşlı uşağın anası A.Ə. həyat yoldaşından ayrıldığını, evin yaxınlığında yerləşən şirniyyat müəssisəsində işlədiyini və uşağı evdə nəzarətsiz şəkildə tək qoyaraq işə getdiyini bildirib. Azyaşlı ilə söhbət zamanı məlum olub ki, gün ərzində anası işə getdiyi üçün onu evdə tək qoyur və uşaq qorxduğu üçün eyvana çıxaraq anasını çağırır.
Komitə əməkdaşları anaya valideynlik məsuliyyəti barədə ilkin olaraq xəbərdarlıq edərək, bir daha bu halın baş verdiyi təqdirdə valideynlik hüququ ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildiriblər. Ailə nəzarətə götürülüb və problemlərinin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur", - deyə məlumatda bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1513 Tarix: 04 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr