Türkiyədə hansı deputatlar Şuşa Bəyannaməsinə QARŞI ÇIXIB?
Ötən gün Türkiyə Böyük Millət Məclisi "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında" Şuşa Bəyannaməsini təsdiqləyib. TBMM-nin sədri Mustafa Şentopun imzası ilə Xarici İşlər Komissiyasında müzakirəyə çıxarılan Bəyannamə həmin komissiya tərəfindən yüksək dəyərləndirilib və zəruri tarixi sənəd kimi parlamentin müzakirəsinə təqdim olunub.
Daha sonra Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı TBMM-də səsvermə keçirilib. Qanun layihəsinin lehinə 266 deputat səs verib, 11 parlamentari isə bəyannaməyə qarşı çıxıb.
BAKU.WS xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Şamil Ayrım bildirib ki, həmin deputatlar Xalqların Demokratik Partiyasının (HDP) üzvləridir:
"Xalqların Demokratik Partiyası separatçı partiyadır. Onlar sol partiya hesab olunur, Türkiyənin ölkə xaricinə əsgər göndərməsinə qarşıdırlar. Eyni zamanda Türkiyənin bütün xarici razılaşmalarına alət olmağa çalışırlar. Şuşa Bəyannaməsi parlamentə daxil olarkən, onlar bunu qəbul etməmişdilər. Həmin partiyanın məqsədi sadəcə Azərbaycanla bağlı deyil. Məsələn, dünən Somaliyə əsgər göndərilməsi ilə bağlı razılaşma vardı, onun da əleyhinə səs verdilər. HDP-dən başqa hamı sənədin lehinə səs vermişdi. Çünki dörd partiyanın ortaq qərarı var idi".
Qeyd edək ki, HDP 15 oktyabr 2012-ci ildə fəaliyyətə başlayıb. Türkiyənin siyasi arenasında radikal mövqe tutan partiyanın 55 üzvü parlamentdə təmsil olunur. HDP-nin əsas ideologiyası sosializm, LGBT hüquqları və müxtəliflikdir. Bununla yanaşı, HDP PKK terror təşkilatına açıq dəstək nümayiş etdirir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1286 Tarix: 04 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr