Nazirlik rəsmisi: "Müəllimlər bilmədən şagirdləri bullinqlərə məruz qoyurlar"
"Məktəblərdə hər zaman şagird davranışları ilə bağlı problem olub".
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
Onun sözlərinə görə, ölkədə 70 minə yaxın sinif komplekti var və bu o deməkdir ki, gündə 350 min dərs keçirilir:
"Ötən ildən məktəblərdə keyfiyyət monitorinqinin aparılmasına başlanılıb, tədrisin keyfiyyəti başlıca amil olub. 10 mindən artıq valideyn və şagird arasında anonim sorğu keçirilib. Təhlil nəticəsində müəyyən olunub ki, məktəblərdə şagirdlərin davranış qaydaları təkmilləşdirilməlidir".
O qeyd edib ki, şagird davranışları ilə bağlı yeni qaydalarla məktəblərdə bu məsələləri idarə etmək mümkün olacaq:
"Məktəb rəhbərliyinin daxildə nizam-intizamı idarə etmək birinci məsuliyyətidir. Nazirlik olaraq qaydaların tənzimlənməsi ilə bağlı qaydaları yeniləyirik".
E.Əliyev əlavə edib ki, bəzi hallarda gənc müəllimlərin sinfi idarə etməklə bağlı təcrübələri az olur:
"Onlar ötən ilki müəllimlərin işə qəbulu imtahanlarında uğur qazanan müəllimlərdir. Onların təcrübəsizliyi siniflərdə şagird intizamsızlığına gətirib çıxara bilər. Hədəfləmişik ki, bu il yeni işə götürüləcək müəllimlərə yeni tədris ili başlayana qədər - ən geci sentyabr ayının sonuna qədər sinif idarəetmə təlimləri keçirək.
Bəzi hallarda müşahidə də edirik ki, müəllimlərimiz bilmədən şagirdləri bullinqlərə məruz qoyurlar. Bununla bağlı nazirlik Təhsil İnstitutuna tapşırıq verib ki, bullinqlə bağlı öyrədici materialların tədris resurslarında artırılması istiqamətində işlər aparsın".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1025 Tarix: 04 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr