Anasından polisə şikayət edən 10 yaşlı qız: "Dedi ki, siqaretsiz gəlsən, səni evdən atacağam" - VİDEO
Sığınacağa gətirilən qız onu ən çox incidənin anası olduğunu deyir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Qadın və Uşaq Sığınacağı tərəfindən paylaşılıb.
Belə ki, uzun müddətdir sığınacaqda qalan 10 yaşlı qız dünən sığınacaqdan uşaq evinə gedəcəyini öyrənib, ağlayıb:
"Anam məni incidirdi. Deyirdi ki, get, pul tap, gətir. Mən edə bilmədiyimi deyəndə məni vururdu. Nənəm gizli-gizli mənə pul verirdi. Deyirdim ki, guya salfet satmışam. Amma heç vaxt salfet satmamışam. Axırda dedim ki, mən polisə deyəcəyəm. Ondan sonra 1 ay anam mənə yaxşı davranmağa başladı. Harasa gedirdi, 2-3 gün sonra gəlirdi. Evə gələndə mənim istədiyim şeyləri alırdı. Bir həftə sonra yenə dedi ki, get, salfet sat və 50 manat toplamamış gəlmə evə. Gələndə də bir paket siqaret al, yoxsa səni evdən atacağam. Mən də gedib polislərə şikayət etdim".
10 yaşlı qız deyir ki, əvvəl babası onu gəzməyə aparardı:
"Hər ad günümdə maşınla gəzməyə aparırdı. Hər yeri tanıyırdım. Ona görə "Şamaxinka" adlanan ərazidəki 19-cu Polis Bölməsinə şikayət etdim. Oradakı polis dedi ki, biz "motodrom"a (Xocəsən tərəf) baxmırıq. Sonra məni 40-cı bölməyə gətirdilər. Axşam orda qaldım, günorta məni sığınacağa gətirdilər. Burada yaxşıyam. Arada qardaşım üçün darıxıram. Bura gələndən mənə hər şey alıblar, hər yerə aparıblar. Bundan sonra istəyirəm ki, qardaşımla birlikdə Almaniyaya gedim. Çünki ora çox gözəldir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1735 Tarix: 04 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrAbşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr