1,6 milyonluq dələduzluq

1,6 milyonluq dələduzluqDələduzluq əməllərinə görə Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilən​ Maqsud Mahmudovun vətəndaşlara vurduğu ziyanın miqdarı müəyyənləşib.

İstintaq zamanı məlum olub ki, M.Mahmudov aldatdığı şəxslərə ümumilikdə 1,6 milyon manata yaxın ziyan vurub. O, əsasən vətəndaşların qızıl zinət əşyalarını lombarda götürməklə aldadıb. Belə ki, lombarda götürdüyü qızılların qarşılığında az miqdar pul verib. Əvəzində həmin qızılları banklara girov qoyaraq böyük həcmdə pullar götürüb. İttihama görə, Mahmudovun vurduğu ziyanın 1,4 milyon manatı hazırda da ödənilməmiş vəziyyətdə qalır.

Onun ən çox zərər vurduğu şəxs kirvəsi Aslan Qəhrəmanov (615 min manat), tanışları Rasim Bayramov (335 min manat), Rövşən Əlibəyli (222 min manat), Məzahir Ağayev (100 min manat) və İlham Kərimov (98 min manat) olub.

M.Mahmudov maddi sıxıntıda olduğunu deyərək əvvəlcə kirvəsinin evini satdırıb, daha sonra qızıl-zinət əşyalarını nisyə alaraq pulunu yaxın zamanda verəcəyini deyib. O, kirvəsini inandırıb ki, Bakıdakı "Las Veqas" restoranın sahibidir və qısa müddətdə restoranı satıb bütün pulu qaytaracaq.

Mahmudov tanışı Rasim Bayramova isə mədəni-tarixi əşyaları talamaqla ziyan vurub. Belə ki, sabiq iş adamı Rasimdən borc istəyib. Rasim Bayramov nağd pulu olmadığı üçün Maqsuda 125 min manat dəyərində qızıl saat, üzük, boyunbağı və s. kimi zinət və iki ədəd antik əşya verib. Antik əşyaların orijinallığı Mədəniyyət Nazirliyi Dövlət Ekspert Komissiyası tərəfindən verilən rəylə təsdiqlənib. Bunlardan biri 1896-cı ilə aid Rusiya İmperiyasında istehsal edilmiş zümrüd, yaqut və mirvari qaşlardan hazırlanmış "Həyat ağacı" kompozisiyası, digəri isə 3,8 kq çəkidə mədəni irs sayılan gümüş meyvəqabı olub. Hər iki əşyanın müəllifi XIX əsrdə yaşamış rusiyalı zərgər, dünyaca məşhur "Faberje yumurtası"nın müəllifi kimi tanınan Karl Faberje olub. Bu iki əşyanın ümumi dəyəri 210 min manat təşkil edib.

M.Mahmudov uzun illər tanıdığı İlham Kərimova da mədəni irs nümunələri "atıb". O, Kərimova məxsus 1889-cu ildə Rusiyada istehsal edilmiş, numizmatik kolleksiya əhəmiyyəti kəsb edən 32 ədəd qızıl sikkəni alaraq yoxa çıxıb.

Qeyd edək ki, Maqsud Mahmudovun 92 nəfəri aldadaraq dələduzluq etdiyi bildirilir. Zərərçəkmişlər arasında Əməkdar artist Vasif Məhərrəmli və müğənni Afət Fərmanqızı da var.

M.Mahmudovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4185   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

4 rayonda yanğına səbəb olanlar məsuliyyətə cəlb olundu

Ötən gün Cəlilabad rayonunun Maşlıq kəndi, Goranboy rayonunun Düzqışlaq kəndi, Oğuz rayonunun Yaqublu kəndi və İsmayıllı rayonunun Qəzli kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. DİN-in Mətbuat Xidmətindən -a bildirilib ki, araşdırmalar nəticəsind

12 avqust
.

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu "AİD Group" xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır. "Qafqazinfo"ya müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir. Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün "AİD Group"

18 sentyabr
.

Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - FOTO

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçunu qətlə yetirdiyinə görə həbs cəzası çəkmiş keçmiş qaydasız döyüş ustası Tiqran Çiçakyan yenidən cinayət işinə cəlb olunub. Bu dəfə o, adam oğurluğunda ittiham edilir. Məhkəmənin qərarı ilə idmançı barəsində həbs qətimkan tədbiri seçilib. xəbə

16 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi

Ərini öldürməkdə ittiham olunan Elmira Əliyevanın məhkəmə prosesi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Səbinə Məmmədzadənin sədrlik etdiyi məhkəmə kollegiyası qənaətə gəlib ki, xanım müttəhimə verilmiş ittiham təsdiqin

11 sentyabr
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr