Tahir Kərimli: "Prezident İlham Əliyevin proqnozları özünü doğrultdu"

Tahir Kərimli: "Prezident İlham Əliyevin proqnozları özünü doğrultdu""Bir müddət əvvəl Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı ilə bağlı bəzi fikirlər var idi. İddia olunurdu ki, bir ildən artıqdır SGC reallaşıb və bu toplantıya nə ehtiyac var?! Halbuki tədbir Azərbaycanın Avropaya qaz ixracını artırmaq baxımından əhəmiyyətlidir".

Bunu "Report"a açıqlamasında ötən gün Bakıda keçirilmiş SGC Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı ilə bağlı fikirlərini bölüşən Milli Məclisin üzvü Tahir Kərimli deyib.

"Prezident İlham Əliyevin uzaqgörən proqnozları özünü doğrultdu. O, bildirirdi ki, SGC Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısının keçirilməsinə hər zaman ehtiyac var. Bu həm keyfiyyətə, həm də kəmiyyətə müsbət təsir edəcək. Son iki ildə iki belə toplantı keçirilib. Pandemiya səbəbindən onlardan biri onlayn qaydada reallaşıb. Amma bu il koronovirus xəstəliyinin olmasına baxmayaraq bütün dövlətlər ən yüksək səviyyələrdə bu tədbirə qatıldılar. Əlbəttə xəstələnənlər burada istisna təşkil edirdi, hansı ki, cənab prezident də öz çıxışında onlara şəfa dilədi.

Ötən gün rəsmi Bakının ev sahibliyi etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı çox uğurla keçirildi. Həmçinin cənab prezidentin açılış nitqi ilə çıxış edərək dünyada və regionda gedən proseslər haqqında geniş və dürüst məlumat verdi.

Sual oluna bilər ki, bu tədbirin əhəmiyyəti nədən ibarətdir? Biz gördük ki, SGC Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında əvvəlki illərə nisbətən daha çox sayda ölkələr, beynəlxalq təşkilatlar qatılıb. Təbii ki, qeyd edilən faktlar həmin ölkələrin və şirkətlərin Azərbaycana və Azərbaycan enerji resurslarına olan marağının göstəricisidir. Onu qeyd edim ki, ötən dövr ərzində SGC vasitəsi ilə 19 mlrd kubmetr təbii qaz ixrac olunub ki, onun da 9 mlrd kubmetri Türkiyə, 7 mlrd kubmetri İtaliya və qalan hissəsini isə digər Avropa ölkələri alıb. Cənab prezident də çıxışında vurğuladı ki, bu həcmlər artacaq".

Deputat hesab edir ki, ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafı təbii qaz ixracının həcminin artmasına da şərait yaradacaq: "Toplantının digər bir əhəmiyyəti ondan ibarətdir ki, ölkə başçısı çıxışında bir neçə məsələyə ciddi toxundu. Onlardan birincisi işğaldan azad edilmiş 10 min kvadrat kilometrdən artıq ərazidə "Yaşıl enerji" infrastrukturunun qurulması və bərpa olunan enerji mənbələrindən istifadə məsələləridir. Həmçinin bildirildi ki, Azərbaycan qonşu ölkələr olan İran, Türkiyə, Rusiya və Gürcüstana elektrik enerjisi ixracı həyata keçirir. Cənab Prezident qeyd elədi ki, bizim təməlini qoyduğumuz "Xızı-Abşeron" külək elektrik stansiyasının işə düşməsi nəticəsində hər il ölkəmiz 200 mln kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu isə bizim ixrac potensialımızı bir qədər də artıracaq. Azərbaycan lideri bildirdi ki, ölkəmizin əhalisi artır və azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılır. Bütün bunlara baxmayaraq ölkəmizin ixrac imkanlar çox genişdir.

Bir məsələyə də diqqəti çəkmək istəyirəm ki, tədbirdə çıxış edən xarici ölkə rəsmiləri, o cümlədən Avropa İttifaqının (Aİ) nümayəndəsi Azərbaycana, xüsusən də ölkəmizin prezidentinə sabitliyə və dünya bazarında qazın qiymətinin artmasına baxmayaraq vahid mövqe göstərdiyi üçün təşəkkür etdi. Bu da ölkəmizin etibarlı tərəfdaş olduğunu göstərir. Məhz bu etibarın və sabitliyin göstəricisi olaraq Səudiyyə Ərəbistanının və dünyanın ən böyük bərpa olunan enerji şirkətlərindən olan "Masdar" şirkəti Azərbaycana investisiya qoymaqda maraqlıdır və dünənki, tədbirdə bu bir daha təşviq olundu və razılığa gəlindi ki, gələcəkdə Azərbaycana bu istiqamətdə daha çox investisiyalar qoyulsun.

Digər bir xoş xəbəri də xatırlamaq istəyirəm. Bildiyiniz kimi Avropa İttifaqı (Aİ) Azərbaycana 2 mlrd avro vəsait ayırıb. Bu böyük bir nailiyyətdir. Təbii ki, əldə olunan bu uğurlar məhz cənab prezidentin Aİ ilə apardığı faydalı və uğurlu danışıqlarının nəticəsidir. Ötən gün keçirilən tədbirlə bağlı bir daha onu deyə bilərəm ki, SGC Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı çox yüksək səviyyədə keçdi. Hətta orada Orta Asiya ölkələrindən iştirak edən nümayəndələr bəlkə də ürəklərində qibtə edirdilər ki, Azərbaycan bu boyda bir məclis təşkil edə bildi".

Nazirlərin 8-ci toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna, Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirak edib.

Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, "Fluxys", İCGB, "Romgaz", SACE, SGC, Enagas, Uniper, TotalEnergies, Equinor, Lukoil, maliyyə qurumlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının nümayəndələrinin də tədbirə qatılıb. Ötən günkü iclasda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin nümayəndələri də qatılıb.

8-ci iclas "Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi" və "Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" mövzularına həsr olunmuş plenar sessiyalarla davam edib. Tədbirin sonunda isə nazirlər mətbuat konfransı keçirib.

Xatırladaq ki, nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1978   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021