"Azərbaycan Prezidenti Ermənistanı və havadarlarını fakt qarşısında qoyub"

"Azərbaycan Prezidenti Ermənistanı və havadarlarını fakt qarşısında qoyub""Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyev, Prezident Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Baş nazir Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş və ardınca Avropa İttifaqının bəyanatı siyasi proseslərin Azərbaycanın maraqlarına uyğun cərəyan etdiyini açıq formada göstərir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bəyanatda ümumiyyətlə, Qarabağ ifadəsi yoxdur və tərəf kimi yalnız Azərbaycan və Ermənistan dövlətlərinin adı çəkilir: "Hətta müharibədən sonrakı dövr ərzində yeni reallığı qəbul etmək istəməyən bir sıra mərkəzlərdən, eləcə də, Fransanın özündən bu bəyanatın ruhuna tamamilə zidd mövqe sərgiləndiyinin şahidi olurduq. Lakin, bu gün Fransa Prezidenti tam fərqli reallıqdan bəhs edən belə bir bəyanata imza atır. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, münaqişə artıq başa çatıb. Amma təəssüf ki, münaqişənin başa çatması reallığı heç də hamını qane etmirdi və zaman-zaman əks mövqelər xüsusən də, qoca qitədən kifayət qədər intensiv olaraq gündəmə gətirilirdi. Lakin, dünənki bəyanat onu göstərir ki, "Qarabağ" mövzusu tamamilə gündəlikdən çıxıb. Avropa İttifaqının "Dağlıq Qarabağ münaqişəsi" terminindən imtina etməsi ilə Prezident İlham Əliyevin müharibə sonrası bəyan etdiyi tezisə qayıdılmış olundu. Bu da bölgədə davamlı sülh perspektivinə dəstək deməkdir".

Deputat bildirib ki, bəyanatda maraq cəlb edən əsas vacib məqamlardan biri də faktiki olaraq Minsk qrupunun fəaliyyətinə istinadın olunmamasıdır: "Əlbəttə, Azərbaycan qrupun bundan sonrakı mövcudluğuna etiraz etmir, sadəcə, qrup varlığını qorumaq niyyətindədirsə profilini dəyişməlidir. Çünki, qeyd etiyimiz kimi, artıq Minsk qrupu tərəfindən həll ediləcək münaqişə yoxdur, 44 günlük savaşda Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll edib. Maraqlıdır ki, Minsk qrupunu davamlı olaraq "diriltmək" istəyən rəsmi Paris də, artıq, reallıqla barışmalı olub və bəyanatda bu aydın hiss edilir. Minsk qrupunun həmsədri olan Fransanın bu görüşdə təşəbbüskarlığına gəlincə, Paris dünənki görüşdə ATƏT-in Misnk qrupunun həmsədri yox, Avropa İttifaqının sədri qismində önə çıxıb".O deyib ki, Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatının ən mühüm məqamlarından biri də bu sənədin Brüsseldə sülh gündəliyinin davamı qismində bəyan olunmasıdır: "Sirr deyil ki, yalnız Azərbaycan yox, Ermənistan özü də rəsmən bəyan etmişdi ki, Brüssel prosesi Azərbaycan Prezidentinin istisnasız siyasi qələbəsidir. Belə bir məqamda dünən Brüssel prosesinin davamı hesab edilən addımların atılmasının Azərbaycanın maraqlarına uyğunluğu mübahisə mövzusu olmamalıdır. Azərbaycan tərəfinin üstün mövqeyini isə Prezident İlham Əliyevin konkret tələbləri fonunda bir daha müşahidə etdik. Bir tərəfdən qalib dövlət olmağımız, digər tərəfdən tələblərimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olması, rəsmi Bakının mövqeyini daha da möhkəmlədirir. Azərbaycan çox aydın şəkildə israr edir ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməli, qətlə yetirilmiş soydaşlarımızın dəfn edildiyi kütləvi məzarlıqların yeri dəqiq koordinatlarla bizə verilməlidir. Habelə tələb olunur ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə beynəlxalq dəstək artırılmalı, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizi açılmalıdır. Cənab İlham Əliyevin bu tələblərinin hansında sülh və sabitlik üçün təhdid var? Heç birində. Bu mənada dövlət başçısı Ermənistanı və havadarlarını Avropa İttifaqı səviyyəsində qəbul olunan sənədlə fakt qarşısında qoydu. Çünki bu şərtlərin hər biri əməkdaşlıq və əmin-amanlıq vəd edir, Avropa İttifaqının hazırkı sədri olan Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə reallaşan görüşün gündəliyinin əsasını da məhz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması və qarşılıqlı etimad quruculuğu kimi məsələləri özündə ehtiva edirdi".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1756   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başladı

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən -a məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələri

12 sentyabr 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021