"Sabah"ın sabiq baş məşqçisi: "Emreli mənə görə top-futbolçudur"
"Mahir "Qarabağ"ın heyətində Azərbaycan çempionatında bizə qarşı oynayıb və onu çox yaxşı tanıyıram".
Bunu "Report"a açıqlamasında "Sabah" klubunun sabiq baş məşqçisi Jelko Sopiç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına keçidi barədə deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, 25 yaşlı hücumçunun Polşa "Legiya"sından problemi ayrılmasından və Zaqreb təmsilçisinin onu heyətinə qatmaq istəyindən xəbəri olub: "Mahir Varşava klubunda yaxşı çıxış edirdi. Bu, futbolçunun özü üçün irəliyə doğru böyük addım, "Dinama" üçün isə yaxşı transferdir".
Sopiç Emrelinin "Dinamo"nun start heyətinə düşməkdə çətinlik çəkəcəyini söyləyib: "Komanda hazırda 3-5-2 taktiki sxemi ilə oynayır və heyətdə 5 hücumçu var. Bunlardan ikisi - Bruno Petkoviç və Mislav Orşiç Xorvatiya millisinin üzvləridir. Serbiyadan olan Komnen Andriç də çox yaxşı futbolçudur. Deni Yuriç gənc və perspektivli forvarddır. Bir sözlə, Jelko Kopiç hücum xətti üçün 5 əsas oyunçusu var. Amma hesab edirəm ki, Mahir yaxşı futbolçudur və 100 faiz oynamaq şansı qazanacaq".
48 yaşlı mütəxəssisin sözlərinə görə, Zaqreb klubunun hazırkı taktiki düzülüşü milli üzvünə sağ cinah vingeri kimi oynamaq imkanı verməyəcək: "Çünki bu sxemdə vinger mövqeyi olmur. Sağ və sol müdafiəçilər olur ki, onlar da bütün cinah boyu irəli-geri qaçırlar. "Dinamo"da bu işi iranlı Sadiq Məhərrəmi və şimali makedoniyalı Stefan Ristovski görürlər. Amma Mahir 4-3-3 taktiki düzülüşündə rahatlıqla oynaya bilər. Bilmirəm, bəlkə də baş məşqçi oyun sxemini dəyişəcək".
Sopiç "Dinamo"nun Emreli üçün yeni imkanlar açacağını vurğulayıb: "Bu klubun transfer bazarında gördüyü işlər göz qabağındadır. Buradan hansısa iddialı liqaya getmək asan olur. Mahir "Dinamo"nun qış fasiləsində ilk transfer hədəfi olubsa, deməli, onunla bağlı müəyyən planlar var. Futbolçunun fiziki hazırlığının hansı durumda olduğunu bilmirəm. Amma onun keyfiyyətinə bələdəm. Mənə gör top-futbolçudur. Lakin "Dinamo"nun hazırkı oyun sistemi onun üçün problemdir. İstənilən halda, Mahirə uğurlar arzu edirəm".
Qeyd edək ki, Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı