Yaxın aylarda İran kanallarının Azərbaycanın cənubunda kütləvi yayımının qarşısı alınacaq - RƏSMİ

Yaxın aylarda İran kanallarının Azərbaycanın cənubunda kütləvi yayımının qarşısı alınacaq - RƏSMİ"İran kanallarının Azərbaycanın cənub zonasında bizim milli kanalların tezliyində kütləvi yayımlanması texniki məsələdən daha çox tənzimləmə məsələsidir. Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun olaraq, davamlı şəkildə bu tezliklərin koordinasiya işi aparılır".

Bunu "Report"a açıqlamasında Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın digər qonşuları ilə eyni məzmunda problemi yoxdur:

"Bilirsiniz, Rusiya, Gürcüstan və hətta Xəzər üzərindən bizimlə həmsərhəd olan Türkmənistan və Qazaxıstanla bizim hər hansı problemimiz yoxdur. Yeganə olaraq İran kanallarının kütləvi şəkildə bizim cənub zonamızda yayımlanması ilə rastlaşırıq. Bu baxımdan da artıq İranla və İranın müvafiq qurumları ilə işlərə başlamışıq və işlər davam etdirilir. Hesab edirəm ki, yaxın aylarda biz bunun real effektini görəcəyik".

Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən İranın keçmiş informasiya və kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Yaromi (Mohammad-Javad Azari Jahromi) bildirmişdi ki, bu sahədə ortaq işçi qrupu yayradılıb və fəaliyyət həyata keçirilir.

"Biz dünya standartlarına uyğun olaraq 2,5 kilometrlik şüa nəzərdə tuturuq. Həmin məsafədə tezliklərə nəzarət etməliyik. İranla Azərbaycanın 370 kilometrlik sərhədi var, yalnız Ərdəbil vilayəti istiqamətində İran tərəfdə 180 kənd var. Düzdür, bu sahədə işlər görülüb və tezliklərə müdaxilələr azalıb, amma 2,5 kilometrlik məsafədə insanlar yaşayır və onlar yenə də müəyyən problemlərlə üzləşirlər. İşçi qrupu davamlı olaraq işləyir və vəziyyətin yaxşılaşdırmasına çalışır. Tezlik belə deyil ki, ona bu nöqtədən o tərəfə keçmə deyilsin, bu, dalğadır. Amma ona nəzarət etmək lazımdır", - Məhəmməd Cavad Azəri Yaromi qeyd etmişdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1342   Tarix: 08 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın nüvəsizləşdirilməsini "tamamilə" həyata keçirməyə razılaşıblar

Pxenyan Vaşinqtonla mümkün danışıqlardan əvvəl tərksilahı rədd etməyə davam etdiyi bir vaxtda, ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanın "tam nüvəsizləşdirilməsinə" sadiq olduqlarını bir daha təsdiqləyirlər. The Times of İsrael-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp v

31 oktyabr
.

Pakistan və Əfqanıstan hərbçiləri arasında toqquşma: ölənlər var

Pakistan və Əfqanıstan hərbçiləri arasında atışma baş verib. xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. "Əfqanıstanın şərqində Pakistan ərazisindən atılan atəş nəticəsində iki nəfər həlak olub, iki nəfər isə yaralanıb. Hadisə ölkənin şərqindəki Nanqarhar əyalətinin Torha

29 oktyabr
.

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini

29 oktyabr
.

Ukrayna konserv və neft emalı zavodunu tətil etdi

Ukrayna dronları Bryansk vilayətindəki Starodub şəhərinə hücum edib. Astra tərəfindən təhlil edilən yerli sakinlərin foto və videolarına görə, Konservuşprod müəssisəsi zərbə alıb. xəbər verir ki, hücumdan sonra fabrikin ərazisində böyük yanğın baş verib. Şirkətin veb saytında bildirilir ki, o, "Rusiy

30 oktyabr
.

The New York Times: "Süni intellekt yarışı texnologiya nəhənglərini maliyyə böhranı riski ilə üz-üzə qoyur"

Dünyanın aparıcı texnologiya şirkətləri süni intellekt sahəsində üstünlük əldə etmək uğrunda mübarizəni gücləndirsələr də, bu istiqamətə yatırılan nəhəng vəsaitlər maliyyə bazarlarında narahatlıq yaradıb. Məlumat mərkəzlərinin tikintisi, yüksək hesablama gücünə malik çiplərin alınması və yeni süni intellek

30 oktyabr
.

Şimali Koreya Cənubi Koreya ilə sərhədini niyə möhkəmləndirir?

Şimali Koreya Cənubi Koreya ilə sərhəd boyunca hərbi və mühəndis infrastrukturu gücləndirmək istiqamətində addımlarını davam etdirir. Pxenyanın sərhəd ərazilərində yeni istehkamlar qurması və müdafiə xətlərini möhkəmləndirməsi Koreya yarımadasında təhlükəsizlik vəziyyətinə dair narahatlıqları artırır

30 oktyabr
.

Rusiya Ukraynaya kütləvi raket və dron hücumu həyata keçirdi - Ölənlər və yaralananlar var

Rusiya ordusu oktyabrın 30-na keçən gecə Ukraynanın bir sıra şəhər və vilayətlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə kütləvi hücumlar həyata keçirib. "The Kyiv Independent" nəşrinin məlumatına görə, son 24 saat ərzində Rusiyanın hücumları nəticəsində Ukraynada azı 27 nəfə

30 oktyabr
.

Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...

Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri

29 oktyabr
.

G20 ölkələrinin xarici işlər nazirləri ABŞ-də toplaşıb - Qlobal iqtisadiyyat və təhlükəsizlik müzakirə olunur

Dünyanın aparıcı iqtisadiyyatlarını birləşdirən G20 ölkələrinin xarici işlər nazirləri ABŞ-nin Corciya ştatının Atlanta şəhərində iki günlük görüşə başlayıblar. Oktyabrın 30-31-də keçirilən toplantıda qlobal iqtisadiyyat, enerji təhlükəsizliyi, beynəlxalq ticarət və təchizat zəncirlərinin dayanıqlılığ

30 oktyabr