Bir həftə sonra testin nəticəsi pozitiv qalırsa, niyə karantin müddəti 7 gündür?
Bildiyiniz kimi, karantin müddəti yeddi günə qədər azaldılıb. Lakin bir çox insanlar karantin müddəti bitdikdən bir neçə gün sonra təkrar test verdikdə, nəticə yenə də pozitiv olur. Əgər bir həftə sonra testin nəticəsi pozitivdirsə, niyə o zaman karantin müddəti yeddi gün təyin edilib? Belə olan halda insanların yoluxmayacağını necə bilə bilərik?
Məsələ ilə bağlı Sonxeber.az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış açıqlama verib.
O bildirib ki, əgər yeddi gündən sonra təkrar test verdikdə nəticə pozitivdirsə, deməli o adam hələ sağalmayıb::
"Karantin müddətinin bitməsi ilə bağlı o şəxslərə sms bildiriş gəlir. Onlar yeddi gün karantində qalırlar və karantin müddəti bitirsə, deməli, bu adam sərbəstdir. İstəsə, gedib təkrar test verə bilər. Test verirsə, deməli, şübhəsi qalıb və tam sağalmadığına görə təkrar yoxlanışdan keçir. Cavab pozitiv çıxsa, həmin adam yenə evdə qalır.
İkinci dəfə test vermək məcburi deyil. Kim istəyirsə, gedib test verə bilər. Xəstəliyin sağalması və karantin müddəti bir həftə hesablanır.
Həmin müddət beynəlxalq təcrübəyə əsasən 14 gündən 7 günə endirilib. Buna səbəb odur ki, "Omicron" ştammına yoluxanlar xəstəliyi yüngül simptomlarla keçirirlər".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1340 Tarix: 11 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr