"Qızların universitetə imtahansız qəbul olmaları təmin olunsun"
"Düşünürəm ki, qızlar üçün ali təhsil müəssisələrinə qəbulda abituriyent imtahanları aradan qaldırılsın. Bütün qızlar universitetə maneəsiz qəbul olsunlar, sonrakı proses sonranın işi olsun. Əsas odur onların dünyagörüşləri formalaşsın".
Oxu.Az xəbər verir ki, bu sözləri Psixoterapevt Elmir Əkbər AzTV-nin efirində qonaq olarkən deyib.
O bildirib ki, bəzi ixtisaslar istisna edilə bilər:
"Ola bilər ki, Tibb Universitetinə, ali təhsil müəssisələrində hüquq fakültələrinə imtahanlar saxlanılsın. Amma bakalavr təhsili bütün qızlar üçün tətbiq edilsin. Eyni zamanda 9-cu sinifdən məktəbdən çıxarılma praktikası qanuni baxımdan aradan qaldırılsın. Çünki istəsək də, istəməsək də 4 il bakalavr təhsili alan qızlar təhsil müəssisələrinə gedib-gələn zaman hansı səviyyədə oxumalarından asılı olmayaraq özünü dərk etməsi artacaq. Şəxsiyyət kimi formalaşacaq, dünya görüşünü artıracaq".
E.Əkbər onu da qeyd edib ki, Avstriyada abituriyent imtahanı yoxdur, lakin orada savadsız mütəxəssislərə də rast gəlmək mümkün deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1877 Tarix: 11 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr