Putinlə Makronun uzun masa arxasında niyə oturtduqları məlum oldu - Sən demə...
Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında keçirilən görüşdə dünya gündəminə böyük təsir edən uzun masanın səbəbi ortaya çıxıb.
Sonxeber.az məlumat verir ki, "Reuters"in Makrona yaxın iki mənbəyə istinad etdiyi xəbərdə müsahibə zamanı istifadə edilən uzun masanın səbəbinin "PCR" test böhranı olduğu yazılıb.
Belə ki, Makrona seçim hüququ verilib. Rusiyada "PCR" testindən keçəcəyi təqdirdə Putinə yaxın olacağı deyilən Makron bu təklifi qəbul etməyib və görüşü sosial məsafə nəzarətində keçirməyə razılıq verib.
Məhz bu səbəbdən Putindən uzaqda oturmaq üçün 4 metrlik stoldan istifadə edilib.
İki liderin 4 metr uzunluğundakı stolun əks ucunda əyləşdiyini əks etdirən görüntülər dünya mətbuatında yayıldıqdan sonra Putinin diplomatik mesaj göndərmək istədiyi iddia edilib.
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1548 Tarix: 11 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr