Evdə qalan "COVID" xəstələrinin çörəyini kim almalıdır?
Bildiyimiz kimi, ölkədə yoluxma sayı artmaqda davam edir. Bu gün bir çox evlərdə ailə üzvlərinin hamısı "Covid-19" virusuna yoluxub. Evdə hər kəs karantinə alınırsa, sözsüz ki, küçəyə çıxmaq qadağan edilir. Bəs belə olan zaman onlara ərzaq və dərmanı kim almalı, yığılan zibilləri kim atmalıdır?
Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Vüqar Cavadzadə açıqlama verib.
O, sualın aktual olduğunu vurğulayıb:
"Belə suallar ailələr tərəfindən mənə də ünvanlanır. Əslində siz özünüz də yaxşı bilirsiniz, zibili kim atır, çörəyi və dərmanı kim alır. Amma ən vacibi sağlamlıqdır və digər şəxslərin yoluxdurulmamasıdır. Bir insan çölə çıxırsa, təbii ki, digər şəxsləri də yoluxdurma ehtimalı var.
Bundan əlavə, evdən çıxmaqla özünün də vəziyyətini pisləşdirir. Çünki havanın soyuq olması koronavirus xəstəliyinin gedişini ağırlaşdırır və nəticədə, xəstənin xəstəxanaya yerləşdirilməsinə səbəb olur".
Dərman və ərzaq almaq məsələsinə toxunan infeksionist preparatların poliklinikadan çatdırıldığını qeyd edib. Poliklinikadan yetərincə dərman gətirmədiyini bildirdikdə isə, V. Cavadzadə bunun da çıxış yolunun olduğunu deyib:
"Bu günə kimi necə təşkil ediblər? Onlayn apteklər var. Zəng etdikdə onlar lazım olan dərmanları çatdırırlar.
Yemək məsələsi də heç bir problem törətmir. Onun üçün müəyyən kafe-restoranlar var: sifariş verirsən, gətirirlər. Çatdıran şəxs də məsafə qoruyur. Həyatda hər bir şeyin çıxış yolu var.
"COVID-19" deyil ki, 14 gün evə qapansınlar. "Omicron"da karantin müddəti yeddi gündür. Kəskin əlamətləri də çox davam etmir. 2-3 gün müddətində müşahidə olunur, 4-5 günə isə insan yaxşılaşır. Hər şeyə əlac var".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı