Bu kəndin uşaqları birinci sinfə gedə bilmədi – TƏHSİLDƏ RƏZALƏT
Qubanın Buduq kəndində 1-ci sinif şagirdlərinin məktəbə gedə bilmədiyi barədə məlumat yayılıb. Buna səbəb isə şagirdlərin sənədlərinin vaxtında www.mektebeqebul.edu.az portalına daxil edilməməsidir. Hazırda sinif tamamilə bağlanıb və şagirdlər təhsilsiz qalıblar.
Məsələ ilə bağlı Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, problemi valideyn səhlənkarlığı ilə əlaqəlidir:
"1-ci sinfin bağlanmasının səbəbi valideynlərin səhlənkarlığı olub. Çünki uşaqların sənədlərinin sistemə vaxtında yerləşdirmək lazım idi. Valideynlərin bu hərəkəti gecikmələrə səbəb olub və nəticədə Buduq kəndində 1-ci sinif bağlanıb. Sinfin bu il açılması mümkünsüzdür. Bunun səbəbi isə hər il şagirdlərin sənəd qəbulu prosesi başa çatdıqdan sonra müəllimlərin dərs saatına görə maaşlarının hesablanmasıdır".
Rüfət Hacıyev
O, həmçinin, gələn il həmin şagirdlərin məktəbə cəlb olunacağını vurğulayıb:
"Burada narahat olacağınız bir vəziyyət yoxdur. Gələn il həmin şagirdlər təhsilə cəlb olunacaqlar. Elə valideynlər var ki, uşaqlarını 7 yaşında məktəbə qoyur. Yəni burdan valideynlərə səslənirəm ki, narahatçılığa səbəb yoxdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1295 Tarix: 11 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr