14 yaşlı qızla cinsi əlaqədə olmaqda ittiham edilən şəxs azadlığa buraxıldı
İki il öncə Bərdədə 14 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham edilərək həbs edilən şəxs azadlığa buraxılıb.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, bununla bağlı Bərdə Rayon Məhkəməsində gedən proses yekunlaşıb. Hakim təqsirləndirilən Y.B-yə qarşı ittihamın sübuta yetirilmədiyi haqda qərar çıxarıb və Bərdə rayon sakini olan həmin şəxsə bəraət verilib.
Belə ki, ötən ilin yayında Bərdənin Cumalar kənd sakini polisə müraciət edərək qızının 2020-ci ilin avqust ayında həmkəndlisi tərəfindən zorlandığını bildirib. Ekspertizanın rəyi əsasında həqiqətən də qızın bakirəliyinin pozulması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb. İş üzrə şübhəli şəxs qismində Bərdə şəhər sakini Y.B tutularaq istintaqa təqdim edilib.
Məhkəmədə prokuror həmin şəxsin iki il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən "Kriminalqafqaz"ın sorğusuna cavab olaraq bildirilib ki, hökmdən apellyasiya protesti veriləcək: "Qeyd edilən hökmdən tərəfimizdən apellyasiya protestinin verilməsi təmin ediləcək və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı