Ramiz Mehdiyevin həyat yoldaşının onminlərlə borcu olub - FOTOFAKT
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevnanın təsisçilərindən olduğu "Fireland Vineyards" MMC-nin ("Odlar Yurdunun Üzümlükləri") dövlət büdcəsinə böyük həcmdə vergi borcu olub.
Yeniavaz.com xəbər verir ki, son 3 ay ərzində "Fireland Vineyards" MMC-nin vergi borcunun təxminən üçdəbiri dövlət büdcəsinə ödənilib.
Belə ki, ötən ilin 11 oktyabr tarixində "Fireland Vineyards" MMC-nin dövlət büdcəsinə 451 128 manat 51 qəpik vergi borcu olub. Bu günə olan məlumata görə, "Fireland Vineyards" MMC-nin vergi borcu 125 601 manat 9 qəpik təşkil edir.
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl "Fireland Vineyards" MMC-nin təsisçilərindən olan Mehdiyeva Qalina Yuriyevna ilə MMC-nin direktoru Səidov Elmar Çingiz oğlu arasında məhkəmə çəkişməsi olub.
Onu da qeyd edək ki, 26.01.2007-ci ildə dövlət qeydiyyatına alınan "Fireland Vineyards" MMC Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olub.
"Fireland Vineyards" MMC xammal kimi əsasən Novxanı qəsəbəsində "Duzlu göl" adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edib. "Fireland Vineyards" MMC-nin Novxanıda A.Şıxlinski küçəsində "Marandi Wine Company" adlandırılan şərab zavodu da fəaliyyət göstərib.



Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı