Türkiyə ilə Azərbaycan arasında memorandum imzalanacaq
"Növbəti həftə Türkiyə Cümhuriyyətinin və Prezident Administrasiyası Maliyyə Ofisi ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında yüksək texnologiyaların inkişafı və Azərbaycanda rəqəmsallaşma istiqamətində həyata keçirilən tədbirlərin daha aktiv koordinasiyası məqsədilə müvafiq memorandumun imzalanması nəzərdə tutulub".
Bunu "Report"a Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov bildirib.
Onun sözlərinə görə, memorandum çərçivəsində Azərbaycanda qardaş Türkiyə dövlətinin praktikasının ölkəmizə gətirilməsi, sığorta sektorunun, kapital bazarlarının rəqəmsallaşması istiqamətində məsələlər müzakirə olunacaq.
Bu yaxınlarda AMB-nin nümayəndə heyəti İstanbulda Türkiyənin müxtəlif maliyyə institutlarında görüşlər keçirib. Görüşlər zamanı Türkiyənin maliyyə sektorunda təlim və inkişaf məsələləri, maliyyə bazarlarında peşə və kvalifikasiya standartlarının tətbiqi sahələrində geniş fikir mübadiləsi aparılıb, sözügedən istiqamətlərdə Türkiyə təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Türkiyə Mərkəzi Bankının (TRMB) sədr müavini Emrah Şenerlə görüşdə gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi və intensivləşdirilməsi planları, xüsusilə maliyyə innovasiyaları sahəsində birgə araşdırma layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.
Bununla yanaşı, yanvarın 27-də Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Türkiyə Mərkəzi Bankında 1 milyard avro məbləğində 6 ay müddətinə depozit yerləşdirib.
Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verən bu yatırım ARDNF-in investisiya strategiyası və Qaydaları çərçivəsində həyata keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"
PENSİYALAR BU QƏDƏR ARTACAQ - Millət vəkili açıqladı