Deputatdan Ramiz Mehdiyevə sərt cavab: "Çox ciddi qüsurdur"
"100 illik tarixə malik Azərbaycan parlamentinə, onun üzvlərinə həqarət etmək statusundan, vəzifəsindən, keçdiyi yoldan asılı olmayaraq heç kimə, o cümlədən, Ramiz Mehdiyevə hörmət gətirmir. Mən təəssüf edirəm ki, müstəqil Azərbaycanda uzun illər yüksək vəzifələrdə çalışmış bu şəxs yaşının bu vaxtında, həm də heç bir çərçivə gözləmədən müstəqil Azərbaycanın qanunverici orqanını hədəf götürür".
Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.
O qeyd edib ki, AMEA-da çalışan kifayət qədər nüfuzlu alimlərin akademiya prezidentinin fəaliyyəti barədə söylədiyi fikirlər baş verənlər haqqında kifayət qədər aydın və müfəssəl təəssürat yaradır.
Ramin Məmmədov vurğulayıb ki, akademiyanın internet səhifəsini şəxsi açıqlamalar platformasına çevirməsi R.Mehdiyevin ictimai-siyasi proseslərə hansı baxış bucağından baxdığını göstərir.
Deputatın fikrincə, bu cür yanaşma nəinki akademiyaya, eyni zamanda, elm ictimaiyyətinə və cəmiyyətə hörmətsizlikdir:
"R.Mehdiyev kimi təcrübəli bir şəxsin akademiyanı siyasi təşkilat kimi idarə etmək cəhdləri bir tərəfdən təəccüblüdür, digər tərəfdən elə onun özü üçün olduqca təhlükəli addımdır. Hesab edirəm ki, müxtəlif bəhanələrlə siyasi məzmunlu açıqlamalar verməyi Ramiz müəllim artıq vərdişə çevirib. Zərərli vərdişdir, xüsusilə də bu yaşda".
Millət vəkili bildirib ki, keçdiyi yol, təcrübə və yaş heç kimə özünü başqalarından üstün görmək haqqı vermir. Xüsusilə də o insanları ki, daim başqalarının kölgəsində özlərini olduğundan daha böyük görüblər:
"Ramiz Mehdiyev uzun illər dövlət orqanlarında yüksək vəzifələrdə çalışıb. Onun ictimai rəydə obrazı adi məmur obrazından kənara çıxmır. Belə insanların siyasətçi kimi davranmaq istəməsi, siyasi məzmunlu açıqlamalar verməsi onun ictimai rəydəki mövcud obrazını dəyişmir. Necə ki, AMEA prezidenti olması alim kimi qəbul olunmasına səbəb yaratmadı. Hesab edirəm ki, alim və məmur, siyasətçi və məmur obrazları arasında o qədər də incə olmayan xətti görməmək təcrübəli insan üçün çox ciddi qüsurdur".
Ramin Məmmədov AMEA prezidentinin Milli Məclisə və onun üzvlərinə qarşı fikirlərinin yolverilməz olduğunu qeyd edib. o bildirib ki, bu cür iddialı və hikkə dolu açıqlamaların xeyirxah məqsədlərə xidmət etmədiyini hər kəs çox yaxşı görür. /Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1652 Tarix: 14 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ
Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"
18 sentyabr 2021