"Sürpriz" sözündən səhv nəticə çıxardı, arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etdi

"Sürpriz" sözündən səhv nəticə çıxardı, arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etdiBakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində ərin arvadını qəsdən öldürməyə cəhd etməsi ilə bağlı cinayət işinin təfərrüatı bəlli olub.

Oxu.Az məhkəmə istintaqına istinadən bildirir ki, hadisə 2021-ci ilin sentyabrın 6-da baş verib.

2012-ci ildə ailə həyatı quran Ağamalı və Günəşin (ad şərtidir) bu izdivacdan iki övladı olub.

Lakin Ağamalının narkotik aludəçisinə çevrilməsi ailədə söz-söhbət yaradıb və ərlə arvad tez-tez mübahisə ediblər.

Ağamalı bir neçə dəfə psixiatriya xəstəxanada müalicə alıb. Arvadını qısqanan Ağamalı bir müddət sonra həyat yoldaşının ona xəyanət etməsindən şübhələnib.

Bununla bağlı konkret dəlili olmasa da, şübhələri güclənib. O, 2021-ci ilin sentyabrın 5-də Günəşlə söhbət edərkən onun şübhələrində yanılmadığı qənaətinə gəlib.

"Narkotik maddələrdən istifadə mənim ərimin psixologiyasına pis təsir göstərmişdi və o, aqressivləşirdi. O, mənimlə də, qayınanamla da tez-tez dalaşırdı. 2021-ci ilin sentyabrın 5-də söhbət etdik, ona dedim ki, anasının ad gününə gedəcəyik. Bildirdim ki, övladlarımın sürprizi var", - deyə ölümdən dönən Günəş ifadəsində belə deyib.

Ağamalı isə ifadəsində göstərib ki, arvadını həmin söhbətdən sonra öldürmək qərarına gəlib.

Ağamalının ifadəsi: "Günəş mənimlə söhbət edərkən uşaqlarımızın adını çəkdi, "bax bunlar mənim övladlarımdır, sürpriz!" dedi. Bu sözlərdən hansı məna çıxdığını düşünməyə başladım. Onun bu sözlərini mənə belə tərzdə deməsindən belə başa düşdüm ki, uşaqlar başqasından olub. Düşündüm ki, onlar bioloji olaraq mənim övladlarım deyillər".

"Sürpriz" sözü Ağamalını sentyabrın 6-da qətl törətməyə vadar edib. Ağamalı özünün şəxsiyyətini Günəşin şəxsiyyətinin fövqündə qoyaraq səhər tezdən 6-da bu əməli edib.

O, arvadını yuxudan oyadaraq sinə nahiyəsindən bıçaq zərbəsi vurub, Günəşin qışqırıq səslərinə azyaşlı övladları oyanıb. Buna baxmayaraq, Ağamalı onların gözləri önündə, müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib.

Ağamalı xüsusi amansızlıqla bıçaq zərbələri vurmağını davam etdirib. Günəş isə sonda onun əlindən qaça bilib və onu səs-küyə yığışan qonşular xəstəxanaya çatdırıblar.

Günəş əri ilə barışmadığını bildirib və ona layiqli cəzanın verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə Ağamalını Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4-cü maddələri ilə (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) təqsirli bilərək ona hökm oxuyub.

Ağamalı 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2730   Tarix: 14 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu

Polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərin hamısına qanunda nəzərdə tutulmuş ən aşağ

22 sentyabr
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Bakıda kişi arvadını dişlədi, tava ilə döydü

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü İsa Sərdarov (ad və soyad şərtidir - red.) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

5 oktyabr
.

Arvadını hamının gözü qarşısında döymüşdü - Həbs edildi

Bakıda həyat yoldaşını marketdə autizm​li övladının gözləri qarşısında döyən kişi saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Nəsimi rayonunda qadının döyülməsi ilə bağlı araşdırma aparılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Səfərov soyadlı şəxs saxlanılıb. O, inzibat

21 sentyabr
.

Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub. -ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək

15 oktyabr
.

Azərbaycanda icra başçısı cərimələndi

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi

27 oktyabr
.

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

Oktyabrın 25-də Tovuzda Vətən müharibəsi qazisi Nizami Qurbanovun qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, mərhum Neftçalanın Xol Qarabucaq kəndinin sakini olsa da, dövlət tərəfindən ona verilən Bakıdakı mənzildə yaşayırmış

27 oktyabr
.

Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı

Bakının Sabunçu rayonunda körpənin yıxılaraq ölməsi ilə bağlı yeni təfərrüat açıqlanıb. -a istinadən xəbər verir ki, azyaşlının əmisi Teymur Əliyev "Teleqraf"la əlaqə saxlayaraq bildirib ki, 2 yaşlı A.İsmayılovun anası və atası boşanıb, azyaşlı anası ilə yaşayırmış:. "9 yaşlı bacısı is

29 oktyabr
.

Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var

Oktyabrın 20-si gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub. -a istinadən xəbər verir ki, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər. Bu zaman qaçan şəxslərdən R.Səfərov qayalıqda

21 oktyabr