Ramiz Mehdiyev YAP-dan çıxarılacaq? - "Hazırlıq işlərinə start verilib"
"Yaxın günlərdə AMEA prezidenti Ramiz Mehdiyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından çıxarılacaq. Artıq bununla bağlı müəyyən hazırlıq işlərinə start verilib".
Bu barədə "AzPolitika.info"ya hakim partiyaya yaxın mənbələr verib. Məlumatda qeyd olunur ki, R.Mehdiyevin ötən həftə AMEA-nın rəsmi saytında dərc etdiyi geniş məqalə YAP-da ciddi narazılıqla qarşılanıb. Çünki akademik həmin məqalədə hakimiyyətlə dialoqa gedən siyasi partiyaları aşağılayıb, onlara qarşı radikal müxalifətin apardığı kampaniyalarda istifadə etdiyi epitetlərdən yararlanıb. Bundan başqa, Ramiz Mehdiyev Azərbaycanın milli təhsil sistemi haqqında da təhqiramiz fikirlər səsləndirib . Eyni zamanda, onu tənqid edən Milli Məclisin bəzi üzvlərini, elm adamlarını təhqir edib.
Mənbə bildirib ki, AMEA prezidentinin müxalifət ritorikasından istifadə etməsi, millət vəkillərini aşağılaması YAP üzvləri tərəfindən də narazılıqla qarşılanıb, qəbuledilməz hesab olunub. Ona görə də, onun partiya sıralarından xaric edilməsi məsələsi ortaya qoyulacaq. Daha sonra akademiya rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı hakimiyyət qarşısında məsələ qaldırılacaq.
Qeyd edək ki, artıq YAP üzvü olan bəzi deputatlar mediada R.Mehdiyevin hakim partiyadan çıxarılması məsələsini səsləndirməyə başlayıblar.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1225 Tarix: 14 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - Foto
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 9 Noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı nazirliyin sosial media hesabında paylaşım edilib. "9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə azərbaycanlı qardaş və bacılarımızı təbri
9 noyabr"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib
Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy
8 noyabr"Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğun
9 noyabrTürkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah
9 noyabr