AMEA-ya kim rəhbərlik edəcək?
"AMEA-nın taleyi necə olacaq, rəhbərliyə kim gələcək, bu barədə danışmaq hələ tezdir".
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun rəhbəri, akademik Rasim Əliquliyev deyib.
Ramiz Mehdiyevin istefasından sonra Akademiyaya kimin rəhbərlik edəcəyi barədə danışan R.Əliquliyev bildirib ki, AMEA Rəyasət Heyəti prosedurları aydınlaşdırmaq üçün yenidən toplaşacaq:
"AMEA-nın prezidenti Rəyasət Heyətinin bu gün keçirilən iclasında istefa verdi. O istefasını Rəyasət Heyətinə təqdim etdi. Heyət isə buna hörmətlə yanaşdı, ona uğurlar arzuladı.
AMEA-nın taleyi necə olacaq, rəhbərlik kim olacaq və s. bu kimi suallar açıq qalır. Lakin birinci vitse-prezident var, o öz işini davam etdirir. Namizədlərin təyin olunması, rəhbər seçilməsi və digər kollegial məsələdir, AMEA bunun üçün yenidən toplaşmalıdır. İndidən nə isə demək çətindir".
Qeyd edək ki, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA prezidenti Ramiz Mehdiyev vəzifəsindən istefa verib.
Xatırladaq ki, hazırda AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimovdur. Qurumun nizamnaməsinə əsasən, müvəqqəti idarəçilik birinci vitse-prezidentin səlahiyyətindədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1822 Tarix: 14 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrEyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
22 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrPaytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabr