Bayden Rusiya vətəndaşlarına müraciət etdi
ABŞ, NATO və Ukrayna Rusiyanı təhdid etmir.
ABŞ Prezidenti Co Baydenin bu barədə müraciətini Ağ Ev yayımlayıb.
"Biz rusiyalıları təhdid etmirik və Rusiyada sabitliyin pozulmasını istəmirik. Mən Rusiya vətəndaşlarına müraciət edirəm - siz bizim düşmənimiz deyilsiniz. Və mən heç kimin Ukraynaya qarşı qanlı və dağıdıcı müharibə istəməsinə inanmıram", - deyə Bayden bildirib.
O qeyd edib ki, Rusiya Ukrayna ilə sərhədlərə 150 mindən çox əsgər toplayıb. İki qonşu ölkə arasında sıx əlaqələrə, ortaq mədəniyyət və tarixə baxmayaraq işğal baş verə bilər. Bayden xatırladıb ki, 77 il əvvəl bu xalqlar "tarixdəki ən pis müharibəni bitirmək" üçün birlikdə vuruşublar.
O, həmçinin bəyan edib ki, ABŞ Ukraynada raketlər yerləşdirməyəcək və Rusiya qoşunlarının Ukrayna sərhədindən çıxarılması faktı hələ də yoxlanılmayıb.
Daha əvvəl ABŞ prezidenti fevralın 16-da avropalı həmkarlarına Rusiyanın Ukraynaya hücum edə biləcəyini demişdi./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1420 Tarix: 16 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İlham Əliyev Kamboca Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
9 noyabr"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni
8 noyabrÖlkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə
8 noyabr