Azərbaycanın tanınmış cüdoçusu koronavirusa yoluxub
Azərbaycanın kişilərdən ibarət milli yığma komandası İsrailin paytaxtı Tel-Əviv şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak etmək üçün adıçəkilən ölkəyə yola düşüblər.
Sonxeber.az "report"a istinadən xəbər verir ki, səfərdən öncə Beynəlxalq Cüdo Federasiyasının (BCF) müəyyən etdiyi protokola uyğun olaraq, heyət üzvlərinin hamısından PCR testi götürülüb. Turnirdə iştirakı planlaşdırılan idmançımız Elcan Hacıyevdə testin nəticəsi pozitiv çıxdığı üçün onun adı heyət üzvlərinin siyahısından çıxarılıb. Digər idmançılarımızda testin nəticəsi neqativ olduğu üçün müvafiq sənədlər BCF-in elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilib və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra heyət üzvləri İsrailə yola düşüblər.
BCF-in qaydalarına əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər.
Azərbaycan milli yığmasının üzvləri dünən Tel-Əviv şəhərinə çatdıqdan sonra onlardan bütün digər ölkələrin nümayəndələrindən olduğu kimi, yenidən PCR testi götürülüb. Təəssüf ki, Bakıda PCR testi nəticəsi neqativ çıxan iki idmançımız, Rüstəm Orucov və Murad Fətiyevdə bu dəfə testin nəticəsi pozitiv çıxıb.
BCF-in qaydalarına əsasən, pozitiv PCR nəticəsi olan heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda təcrid edilirlər. Qeyd edək ki, hazırda pozitiv PCR nəticəsi olan milli komanda üzvləri İsrail Dövlətinin qaydalarına əsasən 5 günlük karantinə alınıblar.
Heyət üzvlərimiz özlərini yaxşı hiss edirlər, sağlamlıqlarında ciddi məsələ yoxdur və daimi həkim nəzarəti altındadırlar. Azərbaycan Cüdo Federasiyası idmançılarımızın müalicəsi üçün bütün lazımi tədbirləri həyata keçirir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 981 Tarix: 17 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" Zinəddinlə yollarını ayırdı
"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ildən komandada çıxış edirdi
6 noyabrAzərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək. xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək. Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçıs
2 noyabr"Tvente" tarixinin ən böyük səfər qələbəsini qazanıb
Niderlandın "Tvente" klubu tarixinin ən böyük səfər qələbəsini qazanıb. xarici mediaya istinadən xəbər verir ki, Enshede təmsilçisi bunu çempionatının XI turunda "Ekselsior" üzərində 9:0 hesablı qələbə qazanmaqla reallaşdırıb. Bu, həmçinin "Ekselsior" üçün Niderland çempionatınd
4 noyabr"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır
"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir. xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Ferrari"
7 noyabrDÇ-2028: Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb
Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycanla qarşılaşacaq Latviya seçməsinin heyəti açıqlanıb. xəbər verir ki, yığmanın baş məşqçi Massimiliano Bellarten 15 futzalçıya dəvət göndərib. Heyətdə Reyner Murneyks, İqor Labuts, Maksim Troiçki, Renard Udris, Nikita Yelaqov, Edqar Tarakanov, Vlad Rimku
6 noyabrAzərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib. Bu barədə -a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib. XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək. Xatırlada
4 noyabrU-15 dünya çempionu İspaniya millisi oldu
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb. Bakı Kristal Zalında keçirilən oyun İspaniyanın 3:0 hesablı darmadağını ilə başa çatıb. Qeyd edək ki
30 oktyabr