"Qarabağ"ın oyununda erməni təxribatı: "Marsel" buna görə cərimələnəcək" - YENİLƏNİB + FOTO/VİDEO
"Qarabağ" klubu Fransanın Marsel şəhərində növbəti erməni təxribatı ilə üzləşməsinə dair UEFA və yerli "Marsel" klubunu məlumatlandırıb.
Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib:
"Oyun zamanı separatçıların bayraqlarının qaldırılmasını və "Qarabağ Ermənistandır" sözləri yazılmış banneri görmüşük. Biz Marseldə ermənilərin çoxluq təşkil etdiyini bildiyimizdən, bu barədə UEFA və klubu məlumatlandırmışdıq. Ancaq təəssüf ki, yenə ermənilər çirkin təxribata əl atdılar.
Həmin bayraqlar ilk hissənin sonlarında – Arkadyuş Milikin ilk qolundan sonra üzə çıxarıldı. Banner isə matçın son dəqiqələrində qaldırıldı. Ancaq stüardlar dərhal ora gedərək banneri yığışdırdılar.
Biz oyundan sonra şifahi şəkildə klub və UEFA nümayəndəsinə bu barədə məlumat verdik. Yazılı da şikayət edəcəyik. Klubdan bayraqlar və bannerin stadiona necə keçirildiyini bilmədiklərini dedilər. Təxribatın qarşısı vaxtında alınmadığı üçün "Marsel" ev sahibi olaraq məsuliyyət daşıyır. Yəqin ki, buna görə cərimələnəcəklər".
Qeyd edək ki, Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilmiş "Marsel" – "Qarabağ" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
12:24
UEFA Konfrans Liqasının pley-off mərhələsində çıxış edən təmsilçimiz "Qarabağ"ın oyununda ermənilər növbəti təxribata əl atıblar.
Sosial şəbəkənin erməni seqmentində paylaşılan görüntülərdə "Marsel"in erməni "azarkeşlərinin" açdığı plakat paylaşılıb.
Separatçı fikirlərin əks olunduğu plakatın olduğu tribunada həmçinin çox sayda Ermənistan bayraqları və separatçıların əsgi parçası da yer alıb.
Qeyd edək ki, buna qədər "Qarabağ"ın "Düdelanj" və APOEL kimi komandalarla oyunlarında da ermənilər analoji təxribatlara yol vermişdi.

Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2044 Tarix: 18 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Premyer Liqasının XI turu "Zəfər turu" adlandırılıb
Misli Premyer Liqasının XI turu "Zəfər turu" elan edilib. Bu barədə -a Peşəkar Futbol Liqasından (PFL) məlumat verilib. PFL Vətən müharibəsində şanlı qələbənin 6-cı ildönümü ilə əlaqədar bu qərarı qəbul edib. XI turun oyunlarından əvvəl stadionlarda Dövlət Himni səsləndiriləcək. Xatırlada
4 noyabrU-15 dünya çempionu İspaniya millisi oldu
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalına bu gün yekun vurulub. "Qafqazinfo" xəbər verir ki, A liqasının həlledici final oyununda İspaniya və Çexiya komandaları qarşılaşıb. Bakı Kristal Zalında keçirilən oyun İspaniyanın 3:0 hesablı darmadağını ilə başa çatıb. Qeyd edək ki
30 oktyabrAzərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək. xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək. Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçıs
2 noyabr"Barselona" Alexandro Baldeni satmağa hazırdır
İspaniyanın "Barselona" klubu müdafiəçisi Alexandro Balde ilə yolları ayırmağı planlaşdırır. "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ispaniyalı futbolçunu yanvarda icarəyə verməyi nəzərdən keçirmir və onun satışına ümid edir. Klub qış "transfer pəncərəsi"nd
2 noyabrAzərbaycan daha bir böyük tədbirə ev sahibliyi edəcək
Noyabrın 2-dən 8-dək Bakıda yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı keçiriləcək. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığ
1 noyabr"Kəpəz"dən gözlənilməz çıxış - 7 oyundur uduzmur
"Kəpəz" son iki ayda keçirdiyi 7 qarşılaşmada məğlubiyyətlə üzləşməyib. "Qafqazinfo" xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi Gəncə təmsilçisi bu müddətdə 5 qələbə qazanıb, 2 heç-heçə edib. Komanda Misli Premyer Liqasında "Qəbələ"ni (1:0), "Araz-Naxçıvan"
2 noyabr