"Manaf Ağayev olmursan lap Polad Bülbüloğlu ol, Qarabağa gedirsənsə, icazə almalısan..."
"Manaf Ağayev Füzuliyə gedib-gedib də nə olsun. Hökumət deyir ki, Qarabağa özbaşına getməyin, bunun üçün icazə alın. Kim getmək istəyirsə, müraciət edib, icazə almalıdır"
Sonxeber.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas deyib. Aqil Abbas buna görə Manaf Ağayevi qınamağımızın düzgün olmadığını bildirib:
"Manaf Ağayev Füzuliyə niyə gedib, bilmirəm. Amma gedib də nə olar ki, indi buna görə Manafı öldürək, güllələyək? Neyləyək? Qarabağa öz elinə, vətəninə gedib və indi gəlsin 15 sutkasını yatsın, bununla dünya dağılmayacaq ki. Amma hər halda Manaf Füzuliyə getmək üçün icazə almalıydı. İcazə almayıbsa, təbii ki, cəzalanmalıdır. Manaf Ağayev olmursan lap Polad Bülbüloğlu ol, Qarabağa gedirsənsə, icazə almalısan.
Mən özüm də icazə alıb şəxsi maşınımla Qarabağa getmişəm. Amma icazəsiz getməmişəm. Özü də ki, Ağcabədi və Füzulinin deputatıyam. İndi Manaf da ürəyi istəyib, gedib. Necə gedib onu araşdırıb, bilərlər. Amma buna görə Manaf Ağayevi güllələmək lazım deyil".
Qeyd edək ki, müğənni Manaf Ağayev iş adamı Sənan Hüseynovla birlikdə doğulduğu Füzuli rayonuna şəxsi maşınıyla icazəsiz getdiyi üçün məhkəmə tərəfindən 15 sutka həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3832 Tarix: 18 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBoşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr