Ermənistan Rusiya və Qərbə kömək üçün yalvarır - VİDEO
İllərdir Cənubi Qafqazda oyuncaq dövlət kimi tanınan Ermənistan Qarabağ savaşından sonra dünyada bütün nüfuzunu itirib.
Uzun illər ərzində süni şəkildə böyük və güclü Ermənistanla bağlı yaradılmış miflər dağılıb. İşğalçılıq siyasətinin qurbanına çevrilən ermənilər post müharibə dövründən bu yana üz-üzə qaldıqları reallıqların təsirini hələ üzərlərindən ata bilmirlər. Onsuz da iqtisadi böhranın girdabından çıxa bilməyən ermənilər gah Rusiyaya, gah da Qərbdəki "qardaş"larına kömək üçün yalvarırlar. Əslində, Ermənistanda yaşayan erməniləri Qarabağ ümumiyyətlə maraqlandırmır. Onları bu gün narahat edən əsas məsələ müharibədə ölmüş, itkin və əsir düşmüş övladlarıdır.
Müharibə Ermənistanda bir çox gizlinlərin üzərini açdı. Sadə ermənilər anladılar ki, bu işğal yalnız onları idarə edən cinayətkarlara lazımdır. Onlar işğal vasitəsilə məhv etdikləri torpaqlarımızın sərvəti hesabına zənginləşir, erməni gənclərini də hədəfə çevirirdilər. Bir müddətdir Ermənistanın yüksək çinli məmurları, generalları rüşvətxorluq, ağır cinayətlər törətməkdə şübhəli bilinərək saxlanılıb. Bu faktlar onların cinayətkar mahiyyətini ortaya qoyur. Ermənilər ultra-şovinist addımlarından əl çəkməsələr, bir dövlət kimi tarixin tozlu səhifələrinə qarışa bilərlər. Bu reallığı nə qədər tez qəbul etsələr, onlar üçün bir o qədər faydalı olar./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1306 Tarix: 21 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkə başçısı: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"
"Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. "Hesab edirə
8 noyabrƏrdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha
8 noyabrCeyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
8 Noyabr - Zəfər Günü münasibətilə Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatından əvvəl son hazırlıq işləri görülüb. Baku TV-nin məlumatına görə, tədbir ərəfəsində məkanda azərbaycanlı və türkiyəli jurnalistlər bir araya gələrək həmkarları ilə söhbətləşiblər. Azərbaycanın xarici işlə
8 noyabrXankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
Xankəndidə Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. "Qafqazinfo" xəbər verir ki, ziyafətdə konsert proqramı təqdim olunub. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinc
8 noyabr