İmtahan sualları sosial şəbəkələrdə necə paylaşıldı? - VİDEO
Magistratura pilləsinə keçirilmiş qəbul imtahanında təqdim olunan bəzi test tapırıqlarının şəkilləri sosial şəbəkələrdə paylaşılıb. İddia olunur ki, həmin suallar imtahan prosesi zamanı çəkilib. İmtahanlara xeyli sayda nəzarətçinin cəlb olunduğunu, iştirakçıların ciddi yoxlanıldığını nəzərə alsaq, sualların necə çəkildiyini aktuallaşır. Ekspertlər iddia edirlər ki, iştirakçılardan biri ağıllı saatdan istifadə edərək sualları çəkib. Dövlət İmtahan Mərkəzi də məsələyə münasibət bildirib.
Sonxeber.az xəbər verir ki, öz facebook hesabında sualların fotosunu paylaşan Təhsil eksperti Kamran Əsədov iddia edir ki, həmin suallar smart tipli "ağıllı" saatla çəkilib.
Təhsil eksperti bildirib ki, bu məsələ prosesə cəlb edilən nəzarətçilərlə bağlı müəyyən boşluqların olduğunu deməyə əsas verir.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə deyib ki, mövcud qaydalara əsasən magistraturaya qəbul imtahanınının iştirakçıları cavab kartı ilə yanaşı, sual kitabçasını da nəzarətçiyə təhvil verməlidirlər.
Fevralın 20-də keçirilən imtahanda 3 nəfər materialların nəzarətçiyə təhvil verilməsi zamanı diqqətdən yayınıb və sual kitabçasını özü ilə aparıb. 1 nəfər isə sual kitabçasının içərisindən bir vərəqi çıxarıb və özü ilə götürüb.
''Bu kimi hallarda həmin şəxslər imtahandan sonra kitabçanın şəklini çəkərək sosial şəbəkələrdə paylaşırlar. Hazırda qeyd olunan məsələlərlə bağlı araşdırma aparılır'', - deyə Xanlar Xanlarzadə vurğulayıb./BAKU.WS
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1807 Tarix: 22 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr