Özünü kuryer kimi təqdim edib GÖRÜN NƏ ETDİ - VİDEO
Bakıda özünü kuryer kimi təqdim edərək sovqat gətirdiyini bildirib evlərə oğurluq məqsədi ilə daxil olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətidnən Sonxeber.az-a verilən məlumata görə, paytaxtın Nizami rayonunda naməlum şəxs mənzillərdən birinə yaxınlaşıb özünü kuryer kimi təqdim edərək ev sahibinə xaricdən sovqat gətirdiyini bildirib. Daha sonra həmin şəxs sovqatı təqdim etmək üçün sənəd istəyib. Bu zaman zərərçəkənin sənəd dalınca digər otağa keçməsindən istifadə edən naməlum şəxs mənzilin yataq otağından içərisində 2400 manat, eləcə də qızıl-zinət əşyaları olan pul kisəsini oğurlayıb və hadisə yerindən qaçıb. Oxşar məzmunlu şikayətlə daha bir Nizami rayon sakini polisə müraciət edib. İkinci mənzildə qeydə alınan hadisə zamanı isə həmin şəxs ev yiyəsinin 2500 manatını oğurlayıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı həmin hadisələri törətməkdə şübhəli bilinən, paytaxt sakini əvvəllər dəfələrdə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edilmiş Azad Məmmədov saxlanılıb. O, ifadəsində törətdiyi hadisələri etiraf edib. Faktlarla bağlı 24-cü Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Azad Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam edirilir.
Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102" Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1196 Tarix: 22 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr