Müharibə əlillərinin adından istifadə edən şəxs həbs olundu
Özünü "Vətən müharibəsi əlillərinə kömək" ictimai birliyinin sədri kimi təqdim edərək müharibə əlillərinin adından istifadə edən şəxs inzibati qaydada həbs olunub.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Xəbərə görə, özünü "Vətən müharibəsi əlillərinə kömək" ictimai birliyinin sədri kimi təqdim edən, əvvəllər Cinayət Məcəlləsinin 178.3.2, 178.3.2, 310 və 320-ci maddələri ilə məhkum olunmuş 1970-ci il təvəllüdlü Məmmədov Qurban Məmməd oğlu bu il fevralın 1-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qanunsuz tikinti aparmaq məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara alaraq zəbt edib.
Bununla əlaqədar fevralın 3-də polis əməkdaşları və aidiyyəti dövlət qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və Q.Məmmədova xəbərdarlıq edilib. Lakin, bu xəbərdarlıqdan nəticə çıxarmayaraq fevralın 19-da Q.Məmmədovun təşkilatçılığı ilə özlərini Vətən müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup şəxs qeyd olunan əraziyə gələrək qanunsuz tikinti işlərini davam etdirməyə cəhd ediblər. Bu zaman polis əməkdaşları tərəfindən tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə hədə-qorxu gələrək ünvanlarına nalayiq ifadələr işlətməklə onları təhqir etmiş və tabesizlik göstəriblər.
Araşdırma zamanı Q.Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə dair heç bir rəsmi sənəd təqdim edə bilməyib və qanunsuz tikintini davam etdirməkdə israr edib. Q.Məmmədov saxlanılmış və barəsində İXM-nin 535-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola fevralın 22-də Nizami rayon məhkəməsində baxılaraq o, 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 833 Tarix: 22 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrBakının üç rayonunda işıq olmayacaq
Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması v
22 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabr