Azərbaycanda sərhədçilərə atəş açıldı: Xəsarət alanlar var - FOTO
Dövlət Sərhəd Хidməti tərəfindən dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə üzrə zəruri tədbirlər dаvаm еtdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, fevral ayının 21-də saat 01:05 radələrində DSX Sahil Mühafizəsinin Cənub regional şöbəsinin "Kələdəhnə" sahil nəzarəti bölməsinin xidməti ərazisində Şahağacı kəndinin cənubunda sahildən təqribən 40 metr aralı məsafədə içərisində 2 nəfərin olduğu "Mitsubishi Pajero" markalı 10-RS-565 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmiş 1 ədəd kisəni götürməsi sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd naryadının "Dayan" əmrinə tabe olmayan şübhəli şəxslər ərazidən kisəni götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.
Onların Astara rayon sakinləri 1978-ci il təvəllüdlü Ağayev Qurban Fərhad oğlu və Ağayeva Gülşən Vaqif qızı olmaları müəyyənləşdirilib, saxlama zamanı əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş Q.Ağayev silahlı müqavimət göstərərək üzərində olan "BLOW-TR-14" markalı travmatik tapançadan bir neçə dəfə atəş açaraq sərhəd naryadının iki üzvünə yüngül xəsarət yetirib. Ərazidə xidmət aparan naryad tərəfindən havaya xəbərdarlıq atəşi açıldıqdan sonra dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, hərbi qulluqçular şücaət və yüksək peşəkarlıq göstərərək cinayətkarı saxlayıblar.
Hadisə yerindən götürülmüş kisəyə baxış keçirilərkən içərisindən ümumilikdə 16 kq 965 qr narkotik vasitəyə (4 kq 085 qr marixuana, 9 kq 920 qr tiryək, 2 kg 090 qr metamfetamin və 870 qr heroin) bənzər maddələr aşkar olunaraq götürülüb.
Q.Ağayevin dəfələrlə məhkum olunmasını və yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmasını nəzərə alaraq, onun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilib, Astara rayon polis əməkdaşları ilə birlikdə yaşadığı evə baxış keçirilib və qarajında rəflərin arasında gizlədilmiş 1 kisənin içərisindən 1 kq 100 qr marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü