Azyaşlı övladına və arvadına işgəncə verən şəxs həbs edilib
Paytaxtın Xəzər rayon sakini - 2017-ci il təvəllüdlü azyaşlıya atası tərəfindən əzab verilməsi, onun 2006-cı il təvəllüdlü bacısının qanunsuz nikaha daxil olması, ötən ilin dekabr ayının sonlarında uşaqların anasının üzərinə əri tərəfindən qaynar su tökülərək xəsarət yetirilməsi faktları ilə bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.
APA xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.
O bildirib ki, cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib: "Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində azyaşlının atası, eləcə də on altı yaşına çatmayan qız ilə qanunsuz nikaha daxil olmuş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq orqanının vəsatəti əsasında prokuror tərəfindən məhkəməyə təqdimat verilib. Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir".
K. Zeynalov qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilmiş müraciət əsasında "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdirilmiş uşaqların vəziyyəti normaldır, psixoloq və sosial işçilər tərəfindən işlər aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 925 Tarix: 22 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycanda boşanan ailələrin qarşılaşdığı ən ciddi problemlərdən biri kredit borclarının bölüşdürülməsidir. Evlilik dövründə alınan mənzil, avtomobil və digər əmlakın taleyi ilə yanaşı, banklara olan borclar da keçmiş ər-arvad arasında mübahisəyə səbəb olur. Bəs boşanma zamanı kredit kimin adına rəsmiləşdirilibsə
8 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrBakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabr