Ərdoğan Türkiyə-Ermənistan sərhədinin açılması üçün şərti açıqladı
"Bölgənin sülh, tərəqqi və rifaha ehtiyacı var. Bu anlayışla ölkəmizlə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini başlatmaq üçün səmimi bir səy göstərdik".
"Haber Global"ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan Prezidenti İlham Əliyev də bunu faydalı hesab edir. Ermənistanın da bizimlə münasibətləri normallaşdırmaq istiqamətində nümayiş etdirdiyi iradədən məmnunuq. Bu prosesi idarə etmək üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin etdik və yanvarın 14-də Moskvada ilk görüş keçirildi. Fevralın 24-də də Vyanada görüşəcəklər. Ermənistanın sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması kimi bəzi gözləntilərinin olduğunu da bilirik. Ermənistan hazırda xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qərarlı olsa, bizim üçün də qapıların bağlı qalması deyə bir şeydən söhbət getməz", - deyə o bildirib.
Türkiyə lideri qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətləri və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesləri bir-birini dəstəkləyərək irəliləyə bilər.
"Çünki regional əməkdaşlıq fikrimiz də bu ikitərəfli prosesləri dəstəkləyəcək və bu proseslərdən qidalanacaq. Bu tarixi fürsətdən yaxşı istifadə etmək üçün hər kəs konstruktiv davranmalıdır. Biz bütün prosesləri bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanla sıx koordinasiya şəklində aparmağa davam edəcəyik"./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü