Prezident Dünya İqtisadi Forumuna dəvət olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Dünya İqtisadi Forumunun Prezidenti Borge Brendenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende ölkəmizə səfərləri zamanı Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Şəbəkəsinin Azərbaycan Mərkəzinin açılışında iştirak etmələrini məmnunluqla vurğulayıb.
O, ölkəmizin bütün sahələrdə əldə etdiyi iqtisadi uğurların əhəmiyyətini qeyd edib, Azərbaycan iqtisadiyyatının regionda vacib amilə çevrilməsinin önəmini bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Dünya İqtisadi Forumu arasında əməkdaşlığın yüksək səviyyədə həyata keçirilməsindən razılığını ifadə edib. Dövlətimizin başçısı Dünya İqtisadi Forumu ilə ölkəmiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Görüşdə əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Borge Brende Dünya İqtisadi Forumunun növbəti toplantısında iştirak etmək üçün Forumun təsisçisi və icraçı sədri Klaus Şvabın dəvətini Prezident İlham Əliyevə çatdırıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü