"Azərbaycan xalqı və ordusu növbəti yürüşünü Xocalıda edəcək" - Musa Quliyev

"Azərbaycan xalqı və ordusu növbəti yürüşünü Xocalıda edəcək" - Musa Quliyev"Bu qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı cinayət, insanlığa qarşı təhqir, vəhşi vandalizm, kütləvi qırğın aktıdır".

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Xocalı soyqırımı ilə bağlı Sonxeber.az-a açıqlama verərkən qeyd edib.

O bildirib ki, Xocalı soyqırımı həm də erməni daşnak faşizminin mahiyyəti, sübutu, güzgüsüdür:

"İyirminci əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımının törədilməsindən 30 il keçir. Bu qətliamdan 30 il keçsə də, xalqımızın Xocalı yarasının qanı qurumayıb, ağrısı azalmayıb.

Nələri etmişik və nələri etməliyik?

Xocalı soyqırımı bir tərəfdən postsovet Rusiyasının, əsasən ermənilərdən təşkil edilmiş 366-cı motoatıcı alayının dəstəyi ilə erməni cəlladlarının dinc, əliyalın mülki əhaliyə qarşı milli və dini mənsubiyyətinə görə törətdiyi qətliam idisə, digər tərəfdən Azərbaycan xalqının milli qürurunun təhqir və təhdid edilməsi aktı idi.

Xocalı soyqırımının ideoloqları və qəddar icraçıları olan balayanların, köçəryanların, sərkisyanların, ohanyanların məqsədi Qarabağın ən strateji yerlərindən biri olan Xocalını zəbt etməklə yanaşı, insan düşüncəsinə sığmayan, vəhşi qətliam törətməklə azərbaycanlıların gözünü qorxutmaq, döyüş və müqavimət ruhunu sarsıtmaq, mübarizə əzmini qırmaq idi.

Bu cəlladlardan biri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala verdiyi müsahibəsində əsl niyyətlərini belə etiraf edib: "Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, biz onlarla zarafat edirik. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu".

Lakin bu vəhşilər anlamırdılar ki, əli haqqın ətəyində olan xalqın ruhuna qalib gəlmək olmaz. Bu dünyada bir ilahi ədalət var və ədalət gec- tez zəfər çalacaq. İlahi ədalət isə Ümummilli lider Heydər Əliyevin şəxsində və fəaliyyətində bərqərar oldu. Məhz Vətən sevgisi və liderə inam xalqımızı yenidən səfərbər etdi. Nə yaxşı ki, təxribatlar, xəyanətlər, daxili çəkişmələr, şayiələr, xarici təzyiqlər, soyqırımı millətin mübarizə əzmini qıra bilmədi, döyüş ruhunu sarsıda bilmədi, sabaha, qələbəyə inamını öldürə bilmədi.

Bu 30 ildə nələri edə bildik?

İlk öncə onu qeyd etmək istəyirəm ki, Xocalı soyqırımına düzgün hüquqi-siyasi qiymət verə və bu cinayəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bildik.

"Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"— deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevral ayının 24-də Milli Məclis Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdi və "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etdi.

Xocalı soyqırımının faktlaşdırılması, sənədləşdirilməsi, elmi, publisistik, bədii, tədris nəşrlərində, ekran tərtibatında tanınma və tanıdılma predmetinə çevirmək istiqamətində lazımi işlər görə bildik.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlətimiz xarici siyasət sahəsində böyük diplomatik uğurlar əldə etdi, o cümlədən Xocalı soyqırımının dünyada tanınması istiqamətində davamlı səylər göstərildi.

Onu da qeyd etməliyik ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən keçirilən "Xocalıya ədalət" kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir.

Milli Məclis deputatlarının da yaxından iştirak etdiyi " Xocalıya ədalət" humanitar-siyasi missiyası qısa vaxt ərzində kifayət qədər beynəlxalq dəstək qazana bilib.

Görülən məqsədyönlü diplomatik tədbirlər nəticəsində Xocalı soyqırımı dünyanın 17 ölkəsi, habelə ABŞ-ın 30-a yaxın ştatı tərəfindən tanınıb və bu qətliama beynəlxalq siyasi qiymət verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.

Nələri etməliyik?

- Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi istiqamətində təşəbbüsləri yorulmadan davam etdirməliyik;

- Soyqırımı törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin tutulub Azərbaycana gətirilməsi və ən sərt şəkildə cəzalandırılmasını təmin etməliyik.

- Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə faciə qurbanlarının ailə üzvlərindən və Azərbaycan dövlətindən rəsmi üzr istənilməsi, belə cinayətlərin bir daha törədilməyəcəyinə dair təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi tələb olunmalı və sülh müqaviləsinin şərtlərindən biri kimi nəzərdə tutulmalıdır.

- Xocalını işğaldan azad etmək, Xocalıya qayıtmaq, Xocalını yenidən bərpa edərək, muzey-xatirə komleksi qurulmuş bir şəhərə çevirmək ki, bütün dünya görsün və ibrət alsın, belə faciələrin baş verməməsi üçün sağlam qüvvələr səfərbər olunsun.

Əminəm ki, biz bunları birlikdə və yaxın zamanlarda edəcəyik.

Necə ki, 44 günlük Vətən müharibəsində Qarabağın böyük hissəsində və Şərqi Zəngəzurda ədaləti bərpa etdik. Xocalıda da üçrəngli bayrağımızı dalğalandıracağıq. Bax o zaman Xocalının yarasına məlhəm qoyulacaq, şəhidlərimizin ruhu aram olacaq.

Dağlı xalqlarının belə bir duası var: "Allahım, mənim düşmənimi öz əcəli ilə öldürmə, imkan ver, qisasımı özüm alım".

Təəssüf ki, Xocalı qatilləri bu işıqlı dünyada hələ də əl-qollarını sallayıb, rahatca gəzirlər. Bu qisası özümüz almalıyıq, bu cəzanı özümüz verməliyik. Vaxt yetişib!!!

Biz Xocalı cəlladlarının cəzasını elə verməliyik ki, Ermənistandakı revanşist qüvvələr birdəfəlik anlasınlar: Azərbaycan xalqı ilə zarafat etmək onların başları üçün deyil! Biz bunu edəcəyik! Mütləq edəcəyik!

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqı və Ordusu növbəti yürüşünü Xocalıda edəcək. Bu, qaliblərin ədalət yürüşü olacaq!

Bu, Milli Birliyimizin və Vətən Sevgimizin növbəti təntənəsi olacaq!

Biz birlikdə güclüyük!"

Aysel SƏFƏRZADƏ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1571   Tarix: 25 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Eyni soyadlı cütlüklər daha az boşanır

Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai

22 sentyabr
.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr
.

Məktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA

"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia

23 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?

Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda

22 sentyabr
.

Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadə barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ilk məhkəmə prosesi keçirilib. xəbər verir ki, məhkəmə iclası zamanı şikayət üzrə prosesə baxılması nəzərdə tutulsa da, Çingiz Qənizadənin məhkəməyə gəlməməs

23 sentyabr
.

Vahid məktəbli formasının əsas məqsədi səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır

"Vahid məktəbli formasının əsas məqsədi təhsil müəssisəsində vahid və səliqəli geyim mədəniyyətinin formalaşdırılmasıdır. Məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyəti yaradılmalıdır. Burada əsas prinsiplərdən biri də bərabərliyin təmin olunmasıdır. Sosial statusundan

22 sentyabr