100 Azərbaycan vətəndaşı Ukraynadan Moldovaya keçib - RƏSMİ
"Ukraynadakı səfirlik və konsulluqla gündəlik əlaqə saxlanılır".
APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Ceyhun Bayramov deyib ki, XİN və səfirlik Azərbaycan vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etməyi, evlərində qalmaq tövsiyə olunub:
"Hazırda əsas marşrutlarda tıxac var. Əsas odur ki, vətəndaşlar təhlükəsiz yerlərdə olsunlar. Eyni zamanda, Ukraynaya qonşu ölkələrdəki səfirliklərimiz əlaqələndirmə işləri həyata keçirir. Dünən və bu gün ümumilikdə 100 nəfər Ukraynadan Moldovaya keçib".
XİN başçısı qeyd edib ki, Ukraynanın qərbindəki ölkələrə də Azərbaycan vətəndaşlarının sadələşdirilmiş qaydada keçidi ilə bağlı iş aparılır:
"Ukraynadan Moldovaya keçən Azərbaycan vətəndaşlarının Vətənə gətirilməsi üçün iş aparılır. Həmin vətəndaşların hava yolu, yaxud avtobuslarla Azərbaycana gətirilməsi üzərində araşdırma aparılır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1214 Tarix: 25 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr