Məleykə Abbaszadədən abituriyentlərə XƏBƏRDARLIQ: "Sual kitabçaları qaytarılmayacaq"
"Buraxılış imtahanlarından sonra sual kitabçaları abituriyentlərə qaytarılmayacaq".
Sonxeber.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, bu qayda qanunvericiliklə tənzimlənir:
"Sual kitabçasındakı suallara baxmaq üçün imtahana əlavə vasitələrlə gəlmək lazım deyil. İndidən abituriyentlərə xəbərdarlıq edirəm.
Bütün beynəlxalq imtahanlarda da belədir. Hansı imtahanlarda sual kitabçaları verilir? Biz abituriyentlərin biliklərinə qiymət verməyi bacarırıq".
"Ona görə də kimsə sual kitabçalarının çıxarılmasında maraqlı olmasın. Hətta magistratura imtahanında iştirak edən bir namizəddə belə fakt olub.
Onun balı məlum idi və imtahan kitabçasındakı sualların şəklini paylaşmışdı. Biz bunu araşdırdıq və aşkarladıq. Əmr imzalamışam, həmin şəxsin nəticələri ləğv olunacaq", - deyə sədr əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1129 Tarix: 25 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xankəndidəki Zəfər Muzeyinin məkanı bəlli olub
Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub. AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb. Dövlətimizin başçısı deyib: "Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr