Azərbaycanla Misir arasında 4 sənəd imzalanıb
Bu gün Bakıda keçirilmiş Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın V iclasında iki ölkə arasında 4 sənəd imzalanıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, iclasda iştirak etmək məqsədilə Müştərək Komissiyanın Misir tərəfdən həmsədri, bu ölkənin beynəlxalq əməkdaşlıq naziri Rania Al-Maşatın rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Komissiyanın Azərbaycan tərəfdən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev misirli qonaqları salamlayaraq bildirib ki, Azərbaycan və Misir yüksək iqtisadi və mədəni əlaqələrə malik dost ölkələrdir. Bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.
Nazir Misir nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib. O, qeyd edib ki, müharibədən sonra kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması regionda sabitliyə və inkişafa öz töhfəsini verəcək və onun tranzit potensialını daha da gücləndirəcək.
Sonra R.Nəbiyev ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri, eləcə də Azərbaycanda nəqliyyat və rəqəmsal transformasiya sahəsində görülən və planlaşdırılan işləri diqqətə çatdırıb.
İclasda ticarət, sənaye, qarşılıqlı investisiyalar, təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
İclasın sonunda iclasın protokolu və aşağıdakı sənədlər imzalanıb:
"Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Misir Ərəb Respublikasının Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu";
"Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında Azərbaycan – Misir Biznes Şurasının yaradılması haqqında Anlaşma Memorandumu";
"Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misirli İş Adamları Assosiasiyası arasında Anlaşma Memorandumu";
"Azərbaycan Respublikasının "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə Misir Ərəb Respublikasının İsgəndəriyyə limanı arasında Anlaşma Memorandumu".
Müştərək Komissiya 1994-cü ilin 7 aprel tarixində Qahirə şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş"ə əsasən yaradılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
"Son 70 ilin ən sərt qışı gəlir"… - Bakı üçün iki kritik TARİX
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
Qızıl almaq istəyənlərin nəzərinə
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR